Yuxarı

FHN Akademiyasında Anarla görüş keçirildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Akademiyasında Anarla görüş keçirildi - Foto

Oktyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib. Görüşdə akademiyanın əməkdaşları, professor-müəllim heyəti və kursantları iştirak edib.

FHN-dən Kult.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan akademiyanın rəisi general-mayor Baba Salayev Xalq yazıçısı Anarı salamlayaraq dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib. O, görkəmli yazıçının həyat və yaradıcılığı barədə məlumat verərək deyib ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulub boya-başa çatmış Anar Azərbaycan ədəbiyyatının inkişafında öz dəstxəti olan görkəmli yazıçı və dəyərli ziyalıdır.

Qeyd edilib ki, Anarın təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində 100-dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr olunub. Onun yaradıcılığına çoxlu məqalələr, dissertasiya və monoqrafiyalar həsr edilib. O, 2012-ci ildə Türk dünyasında ilin ədəbiyyat adamı, 2014-cü ildə türkdilli ölkələrin Yazıçılar Birliyinin ilk sədri seçilib və həmin ildə MDB ölkələri Parlament Assambleyası tərəfindən Çingiz Aytmatov mükafatına layiq görülüb.

Görüşdə çıxış edən Xalq yazıçısı Anar akademiyanın rəhbərliyinə, tədbirin təşkilatçılarına təşəkkür edərək, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirib. O, müasir Azərbaycan və dünya ədəbiyyatının problemlərindən bəhs edərək maraqlı mövzulara toxunub. Xalq yazıçısı kursantlara bədii ədəbiyyat oxumağı tövsiyə edib.

Maraqlı müzakirələrlə yadda qalan görüşdə Anar yaradıcılıq planları və hazırda üzərində işlədiyi əsərlər barədə məlumat verib. Xalq yazıçısı görüş iştirakçılarına avtoqraf verərək onlarla xatirə şəkili çəkdirib, sualları cavablandırıb.

Sonda akademiyanın rəisi Baba Salayev ali təhsil müəssisəsinin şəxsi heyəti adından Anara böyük yaradıcılıq uğurları arzulayıb və xatirə hədiyyəsi təqdim edib.

Tarix
2019.10.11 / 19:16
Müəllif
Kult.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla