Yuxarı

Nazarbayev “türk” sözünü açdı: dilçilər nə deyir? – Rəy

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı, “türk” sözünün hər bir hərfinin onun üçün xüsusi mənası olduğunu deyib. Nazarbayev bildirib ki, birinci “t” hərfi - trast, yəni, inam, “ü” - uniti, yəni, birlik, “r”- renessans, yəni, intibah və sonuncu “k” hərfi - kinşil, yəni, qohumluq anlamına gəlir.

Bəs görəsən “türk” sözünün hərfləri ayrılıqda bir məna daşıyırmı?

Mövzu ilə bağlı Kult.az-a danışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dilçi alim Şahlar Göytürk “türk” sözünün daha çox insanlığı xarakterizə edən müsbət mənalarda işlədildiyini bildirib:

“Dahi Azərbaycan şairi Nizmi Gəncəvi əsərlərində “türk” sözünü 10-dan çox mənada - məsələn, “qəhrəman, gözəl” kimi insanlığı simvolizə edən mənalarda işlədib.

"Türk” sözünü “törəmək” sözü ilə bağlayırlar. Amma gəldiyim qənaətə görə, bu söz “tur” sözündən götürülüb və “quran, yaradan” deməkdir.

Amma “türk” sözü ən çox etnik mənada işlədilir. Yəni bu söz bütün türk xalqlarının birliyini ifadə edir. Nazarbayevin “türk” sözünün hərflərini ayrı-ayrılıqda mənalandırması simvolik məna daşıyır. Yəni bu sözləri elmi araşdırma və ya elmi qənaət kimi qəbul etməyə ehtiyac yoxdur. “Türk” sözündəki “t” hərfini ingiliscə “trast”, yəni “inam” ifadəsi ilə bağlamaq Nazarbayevin siyasi mesajdır”.

Alim “türk dövlətləri” istilahına keçməklə bağlı Nazarbayevin təklifinə də toxunub:

“Nazarbayev haqlı olaraq bunu vurğuladı. Mən də hesab edirəm ki, “türkdilli” sözünün yerinə “türk dövlətləri” ifadəsinə keçməyin zamanı çatıb”.

Türkoloq, filologioya elmləri doktoru, professor Firidun Cəlilov da bildirib ki, bu yalnız Nazarbayevin türk xalqına sevgisindən irəli gələn bir məsələdir:

“Türk” sözündə hərflərin ayrıca bir mənası yoxdur. Həmin hərflər yalnız birlikdə işlənəndə bir məna verir. “Türk” sözünün mənaları barədə Mahmud Kaşğarlının lüğətində izahat verilib. Orada “türk” sözünün 5-6 mənası göstərilib. Nazarbayev sadəcə ürəyindən keçən sözləri, türk kəlməsinə sevgisini bu cür ifadə etdi”.

Türkoloqun sözlərinə görə, Qazaxıstan liderinin zirvə görüşündə toxunduğu ən vacib məsələ “türkdilli ölkələr” ifadəsindən “türk dövlətləri”nə keçməklə bağlıdır:

“Bu toplantının əhəmiyyətli cəhətlərindən biri də o idi ki, “türkdilli” sözündən imtina etmək barədə təklif səsləndi. Mən 20 ildir deyirəm ki, “türkdilli dövlət”, “türkdilli xalq” ifadəsi yanlışdır. Nazarbayev bunu gündəmə gətiribsə, alqışlamaq lazımdır. Bakıda rus dilində danışan Azərbaycan kökənli soydaşlarımız var ki, rus dilində təhsil aldığı üçün rusca danışır. Biz onlara rusdilli (“ruski yazıçnı”) deyirik. Bu, o demək deyil ki, onlar rusdur. Onlar türkdürlər, amma rus dilində danışırlar. Türkdilli deyəndə də belə təəssürat yaranır ki, əslində türk olmayıb türk dilində danışan xalqlardan, dövlətlərdən söhbət gedir. Bu anlayış kökündən yanlışdır”.

Tarix
2019.10.17 / 08:45
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Qusman İlham Əliyevin bu müsahibəsini yaydı

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla