Yuxarı

Bakının bu addımı İrana dərs olacaq - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu addımı İrana dərs olacaq - Ekspert

Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 4 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib. Müdafiə Nazirliyindən yayılan rəsmi məlumatda bildirildi ki, İranın 4 dronundan biri vurulub, 3-ü isə Naxçıvanın mülki infrastrukturuna düşüb. Hadisə nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binası da daxil olmaqla, mülki infrastruktur obyektlərinə ziyan dəyib.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvana hücumla bağlı İran qarşısında açıq tələblər qoydu: İran Azərbaycana izahat verməli və üzr istəməlidir və bu hücumu törədənlər məsuliyyətə cəlb edilməlidir. Bakı ilk olaraq diplomatik yollarla lazımi addımlar atacaq. Lakin hər şey bununla yekunlaşmır. İran rejimi qarşısında iki seçim var: ya hücuma görə Azərbaycanın tələblərini qəbul etməlidir; ya da adekvat addımla üzləşəcək.

Sözügedən məsələ ilə bağlı Axar.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov bildirib ki, son vaxtlar İrandakı fərqli hakimiyyət qüvvələri içindən qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla bağlı şər-böhtan kampaniyası aparıldığı bilinirdi:

“Xüsusilə SEPAH daxilində bu istiqamətdə fikirlər çox səsləndirilirdi. Azərbaycanı mütəmadi olaraq "sionistlərlə" , ABŞ-la əməkdaşlıqda ittiham etməyə çalışırdılar. Hətta guya öz aləmlərində Azərbaycanda İsrailin, yaxud ABŞ-ın hərbi bazası olmağı barədə absurd fikirlər səsləndirirlər. Bəlli idi ki, İranda baş verə biləcək mümkün qeyri-sabit vəziyyətdə İranın bu qüvvələri region dövlətlərinə qarşı qeyri-adekvat davranış ortaya qoyacaq.

Prezident İlham Əliyevin İran səfirliyinə getməsi, başsağlığı fikirlərini matəm kitabına yazması və Prezidentin müşavirinin də qeyd etdiyi kimi, ondan başqa heç bir dövlət başçısının İran səfirliyinə getməməsi... Bu, əslində Azərbaycanın göstərdiyi hörmət idi. Təəssüf ki, bunu başa düşmədilər”.

Ekspert Prezidentin və müşavirinin səsləndirdiyi fikirlərin İrana layiq olduğunu vurğulayır:

“Səbəb nədirsə, bu, sonrakı mərhələdə aydınlaşacaq. Amma İranın Azərbaycan ərazisində - Naxçıvanda istər hava limanına, istərsə də məktəbə yaxın əraziyə dron hücumu etməsi, əlbəttə ki, Azərbaycanın xoşuna gəlmir. Düşünürəm ki, diplomatik əlaqələrin kəsilməsi İrana dərs olacaq.

Birincisi, İran Azərbaycanı digər ölkələrlə qarışdırmamalıdır. Burada nə ABŞ-ın, nə İsrailin nəinki hərbi bazası, heç əsgəri yoxdur. Boş-boş, mənasız, cəfəng fikirlərlə özlərini aldatmasınlar. Əgər hərbi baza, yaxud hər hansı NATO-ya, ABŞ-a aid material, məlumat lazımdırsa, bunlar Ermənistanın, Avropanın, Amerikanın ərazisində var. Ora yönələrdilər. İkincisi, baş verənlər və atılacaq addımlarla bağlı Prezident İlham Əliyev nə lazımdırsa, söylədi. İran sadəcə bilməlidir ki, Azərbaycan onun üçün digər ərəb ölkələri deyil. Yəni Azərbaycan lazım olduqda öz ərazisini qoruyacaq Silahlı Qüvvələrə, orduya malikdir. İstənilən təxribatın da qarşısını alacaq.

Qoşunun bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi ilə açıq mesaj verilir ki, çalışın artıq hərəkət etməyin. Düzdür, İran müxtəlif formalarda boynundan atmağa çalışa bilər. Lakin SEPAH artıq elan etdi ki, dronları biz atmışıq. Bu, üzr istəməklə bitmir. Üzr istəmək hər şeyi həll etmir. Bunu edənlər mütləq şəkildə cəzalandırılmalıdır. Bu, olmadığı təqdirdə Azərbaycan-İran arasında münasibətlərin düzəlmək ehtimalı çox aşağı səviyyədədir. Böyük ehtimal ki, bu cür hərəkətlər İranın regionda izolyasiya olunmasına gətirib çıxara bilər”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti üzrə hazırlanıb.

Tarix
2026.03.07 / 18:14
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Türkiyə Azərbaycanla bağlı xəbərdarlıq etdi

Tramp İranla məşğuldur, Rusiyaya “güzəşt” başladı

Rusiyadan Azərbaycan və İrana çağırış

Liviya lideri də İlham Əliyevə zəng etdi

Bayramov TDT Baş katibi ilə İran hücumunu müzakirə etdi

Bayram Beqay İlham Əliyevə zəng etdi

Vətəndaşlarımızın ölkəyə qaytarılması: XİN-dən açıqlama

Bayramov Fidanla İstanbulda görüşdü

Bu səfir İrandan Azərbaycana təxliyə edildi - Foto

İran bu gün çox güclü zərbə alacaq! - Tramp

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla