Yuxarı

Nazir məşhur cərrah olan atası haqda danışdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tanınmış cərrah, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı Mürsəl Qarayevin 100 illiyi münasibətilə tədbir keçirilib.

ATU-dan Kult.az-a verilən məlumata görə, rəsmi şəxslərin və tibb sahəsi üzrə mütəxəssislərin qatıldığı tədbirdə Səhiyyə naziri Oqtay Şirəliyev, Gənclər və İdman naziri Azad Rəhimov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli 100 illiyi qeyd olunan Mürsəl Qarayevin həyatı, səhiyyə sahəsindəki fəaliyyəti haqqında danışıb: “Tarixdə elə şəxsiyyətlər var ki, həmişə yadda qalır. Mürsəl Qarayev də belə şəxsiyyətlərdəndir. Mürsəl Qarayev Azərbaycanın ilk uşaq həkimi Əbülfəs Qarayevin ailəsində anadan olub. Dövlət Tibb İnstitutunu bitirdikdən sonra ikinci dünya müharibəsi illərində cəbhədə olub, tibb-sanitar batalyonunda cərrah kimi işləyib. Kursk dairəsi döyüşlərində hərbi eşalonun baş həkimi olub. Yaralandıqdan sonra tibb xidməti kapitanı kimi ordudan tərxis olunub”.

G.Gəraybəyli qeyd edib ki, Mürsəl Qarayev 1960-1964-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı işləyir. Namizədlik və doktorluq dissertasiyası müdafiə edib. 5 mindən artıq cərrahi əməliyyat aparan doktor Qarayevin son iş yeri o vaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunun “Travmatologiya, ortopediya və hərbi səhra cərrahiyyəsi” kafedrasında dosent vəzifəsi olub. O, müəllim kimi də tələbələinin rəğbətini qazanıb.
Rektor M.Qarayevin ailəsindəki şəxsiyyətlərdən, müharibədəki fədakarlıqlarından söz açıb. Qeyd edib ki, M.Qarayev “Döyüşdə cəsurluğa görə”, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub.

Açılış nitqindən sonra iştirakçılara “Cərrah” sənədli filmini seyr ediblər.

Tədbirin davamında çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, belə yubileylərin keçirilməsi artıq ənənəyə çevrilib və bu, yaxşı haldır. O, M.Qarayevin cərrahiyyə sahəsindəki fəaliyyətindən danışıb: “Cərrahiyyənin elə bir sahəsi yox idi ki, Mürsəl Qarayev cərrahi əməliyyatlar keçirə bilməsin. Bu, onunla bağlıdır ki, Mürsəl Qarayev həkim ailəsində – ilk pediatrlarımızdan olan Əbülfəs Qarayevin ailəsində dünyaya göz açmışdı. Onun belə genişmiqyaslı, istedadlı cərrah kimi yetişməsində müharibə dövrünə təsadüf etməsi də rol oynayıb. O, ordu ilə birlikdə hərəkət edən hospitallarda fəaliyyət göstərirdi”.

Xalq artisti Oktay Mirqasımov sənədli film haqqında fikirlərini bildirib. O, film üzərində çalışanlara təşəkkür edib, M.Qarayev haqqında xatirələrini bölüşüb.

Sonra sənədli filmin ssenari müəllifi və “Doktor Qarayev” kitabının müəllifi Səlim Babullaoğlu çıxış edib. O, kitabı yazdığı müddətdə bu ailənin tarixi, üzvləri haqqında geniş məlumata sahib olduğunu vurğulayıb.

Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə də M.Qarayevlə bağlı xatirələrini bölüşüb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında kitab və filmin müəlliflərinə təşəkkür edib. Qeyd edib ki, bu əsərlərdə müxtəlif yadda qalan anlar, məqamlar yada düşübsə, demək, Mürsəl Qarayev hədər yaşamayıb.

Qeyd edək ki, Mürsəl Qarayev 4 noyabr 1919-cu ildə Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində anadan olub.

Tarix
2019.11.04 / 22:56
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla