Yuxarı

Özbəkistanın xalq artistindən Bakıda əsgər salamı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistanın xalq artistindən Bakıda əsgər salamı

Özbəkistanlı məşhur sənətçi Yulduz Turdiyeva Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Sülh çeşməsi" əməliyyatına dəstək verib.

Kult.az xəbər verir ki, o, Heydər Əliyev Sarayında təşkil edilən “Özbəkistandan sevgilərlə” adlı konsert programında Özbəkistan, Türkiyə və Azərbaycan qardaşlığına dair müsbət mesajlar verib.

Özbəkistanın xalq artisti Yulduz Turdiyeva konsert proqramında türk sənətçi Pınar Eliçe ilə duet oxuyub. Duet zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistanda “Bərabər yürüdük biz bu yollarda” mahnısını oxuduğu xatırladılıb.

Konsertin ardından Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan ilə görüşən Turdiyeva Türkiyənin terrorla mübarizəsinə dəstək verdiyini bildirib. Altınalanın "Bu dəstəyi əsgər salamı verərək göstərməyiniz mümkündürmü?" xahişi özbəkistanlı sənətçi və orkestr üzvləri tərəfindən alqışlarla qarşılanıb.

Turdiyeva və orkestr üzvləri türk əsgərinə və Türkiyənin "Sülh çeşməsi" əməliyyatına dəstəklərini ifadə etmək üçün əsgər salamı verib.

Tarix
2019.11.24 / 20:30
Müəllif
Kult.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla