Yuxarı

MEK-ə təqdim edildi: "Böyük Ermənistan" uydurması"...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
MEK-ə təqdim edildi: "Böyük Ermənistan" uydurması"...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Real tarix və “böyük Ermənistan” uydurması” (“Real history and confabulation on “Great Armenia”) kitabı təqdim olunub.

MEK-dən Kult.az-a bildirilib ki, kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

Əsərin birinci bölməsi “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına kəskin cavabdır. Kitabda uydurma “Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt “böyük Ermənistan” adlanan dövlətin olmadığının isbatına həsr edilib.

Kitab Tarix İnstitutunun elmi şurasının qərarına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Tarixçiləri İctimai Birliyi tərəfindən nəşr edilib.

Tarix
2019.11.27 / 00:28
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla