Yuxarı

Bakı və UNESKO arasında bu sazişin vaxtı uzadıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və UNESKO arasında bu sazişin vaxtı uzadıldı

Azərbaycan hökuməti və UNESKO arasında 2013-cü il sentyabrın 24-də 5 il müddətinə imzalanmış təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə “Çərçivə Sazişi” növbəti 5 ilə uzadılıb.

Kult.az xəbər verir ki, “Çərçivə Sazişi”nə dəyişikliklər edilməsi haqqında Protokol bu gün UNESKO baş qərargahında Strateji Planlaşdırma Bürosunun direktoru Jan-İv lö So və Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov tərəfindən imzalanıb.

Xatırladaq ki, ötən dövr ərzində Sazişə uyğun olaraq, Azərbaycan və UNESKO arasında təsis edilmiş Etimad Fondundan ölkəmiz tərəfindən seçilmiş müxtəlif layihələr maliyyələşdirilib. Uqanda, Tanzaniya və Keniyada təhsil sistemində gender bərabərliyinin təşviqinə, qızların həyat səviyyəsinin yaxşılaşdırılmasına, onların tibbi savadlılığının artırılmasına yönəldilmiş bir sıra layihələr həyata keçirilib. Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı iki layihə, CapEFA (Hər kəs üçün təhsil üzrə bacarıqların artırılması) Proqramı çərçivəsində Liberiyada “Hər kəs üçün təhsil üzrə bacarıqların inkişafı: texniki və peşəkar təhsil və təlim alt-sektoruna dəstək” adlı layihə də Etimad Fondundan maliyyələşdirilib.

Haitidə zəlzələ nəticəsində zərər çəkmiş Cakmel şəhərinin mərkəzinin tarixi hissəsinin bərpasına yönəlmiş layihəyə Azərbaycan da dəstək verib.

İpək Yolu boyunca yaşayan müxtəlif icmaların nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən “Dialoq, müxtəliflik və inkişaf üçün Böyük İpək Yolu onlayn platforması” layihəsinə Azərbaycan hökuməti tərəfindən maliyyə dəstəyi verilib.

BMT-nin Gənc Peşəkar Proqramı (Junior Professional Officer Programme (JPO)) vasitəsilə UNESKO katibliyi insan resursları baxımından dəstəklənib. JPO kimi UNESKO sisteminə qoşulan iki gənc azərbaycanlı UNESKO-nun tamhüquqlu əməkdaşıdır.

Tarix
2020.01.29 / 00:53
Müəllif
Kult.az
Digər xəbərlər

ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama

Bayramov Vyanada mühüm iclasda iştirak edir

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla