Yuxarı

Namiq Məna: Yeməyimə mismar atdılar, 3 il... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Namiq Məna: Yeməyimə mismar atdılar, 3 il... - Video

ARB TV-nin "Ona qalsa” verilişinin növbəti qonağı meyxanaçı Namiq Məna olub.

Kult.az xəbər verir ki, meyxanaçı ölümdən son anda dönməsindən və onu ölümcül hala salan hadisədən danışıb:

"1991-1992-cı illərdə sənətdə iri addımlarla gedirdim. O vaxt yeməyimə balaca mismar atmışdılar və boğazımda qalmışdı. Amma idmanla məşğul olurdum deyə hiss etmirdim xəstəliyim, dərdim nədir. 3 ilə yaxın o mismar mənim boğazımda qaldı. Artıq həyatdan köçməyimə 10-15 gün qalmışdı.

Elə məsələr var ki, onu sözlə ifadə etmək çətindir. 3 il ərzində böyük çətinliklərlə rastlaşdım. Təsəvvür edin ki, dərdini biləsən nədir, onu müalicə edəsən. Bilmirdim, dərdim nədir?! Boğazım sancanda elə bilirdim ki, el şənliyində çox iştirak etdiyim üçündür. Zaman keçdikcə təzyiq verdi, çox arıqlatdı və yatağa yıxdı.

Zəngəzur mahalında ağır ocaqlarımız var. Mirsədi, Mirməhəmmədbaba ocağı. Onların xidmətçiləri olan Şəkil xala, ruhu sağ olsun, əlini boğazıma atdı və dedi ki, mismar yeyirsən? Əlini biləyinə kimi boğazıma saldı və çıxaranda gördüm ki, balaca mismardır.

Sağaldım və beynimə qan işlədi. O insanın kim olduğunu bilirəm və Allah onu cəzalandırdı. Ciddi xəstəlik tapdı və ona yaşamaq demək olarsa, canı ilə əlləşir. 22 yaşımda bu hadisə başıma gəldi”.

Tarix
2020.02.07 / 23:27
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

Azərbaycanlı prezidentlər bir-birini təbrik etdi

İspaniya Kralı İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla