Yuxarı

Mən arağın daşını necə atdım...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Pritça)

Bazar günü idi, saat səkkizi keçmişdi. Amma yerimdən qalxa bilmirdim. Ürəyim bulanır, başım fırlanırdı. Yıxılmamaq üçün hardansa tutmaq istəyirdim, uzandığım yerdə bunun mümkün olmadığını bilirdim. Dalbadal iki fincan şəkərsiz qəhvə içmişdim, amma özümə gəlməmişdim. Yenidən gəlib yatağıma uzanmışdım. Dəqiqələri sayırdım...

Dünən dostlarla kafedə oturmuşduq, yenə həmişəki kimi “düt” deyincə vurmuşduq. Maşını kafenin həyətində saxlayıb, taksi tutmuşduq. Sonrası yadıma gəlmirdi. Evə liftlə qalxmışdım, ya 6-cı mərtəbəyə piyada çıxmışdım?! Qoca binamızın lifti də qocalmışdı, ayın yarısını işləmirdi, istirahət edirdi. Zarafat deyildi, binanın da, liftin də yaşı yarım əsri keçmişdi. Mən də yaşda onları haqlamışdım. Bu binada doğulmuş, bu həyətdə, bu liftdə boya-başa çatmışdım. Amma mən istirahət etmirdim, az qala hər şənbə-bazar arağın küpünə girirdim. Bütün həftəni işdə zorla özümə gəlirdim...

Birdən... Başıma gələn orijinal bir ideya ilə yerimdən atıldım. Mən arağın daşını atmalıydım. Artıq bizim onunla tanışlığımız dostluğa çevrilmişdi, 30 ili keçirdi. Ya mən onun axırına çıxmalıydım, ya da o mənim axırıma çıxacaqdı. Artıq ürək sürətlə döyünürdü, qaraciyər qapını döyürdü. Hər ehtimala qarşı bir fincan da qəhvə içib, qonaq otağına keçdim. Servantın aşağı gözünü açdım, bu şeytan yuvasını “bar” adlandırırdım. Saydım, on dənə yarım litrlik araq vardı. Müxtəlif adları daşıyırdı - hətta “Rusiya kralı”, “Finlandiya maralı”, “Fransa qazları” da vardı. Araqları vedrəyə doldurdum, birtəhər tualetə doğru addımladım...

Amma yolda fikrimi dəyişdim, butulkaları bir-bir unitaza tökmək istəmədim. Bu, həm vaxt aparacaqdı, həm də ləzzəti olmayacaqdı. Yenidən qonaq otağına qayıtdım. Mətbəxdən yekə şirli qazan götürdüm. Araqları açıb bir-bir qazana boşaltmaq, sonra tualetə atmaq istəyirdim... Amma başıma daha bir orijinal ideya gəldi. Mən onsuz da arağın daşını atırdım, amma stolun üstünə düzülmüş bu içkilərin dadına baxmalıydım... Axırıncı dəfə...

Servantdan “rumka” götürdüm, “Fransız qazı”nın ağzını açdım, əlim əsə-əsə “rumka”ya 50 qram süzdüm. Sonra butulkanı qazana tökdüm, “rumka”nı əlimə götürdüm. Şairin sözləri yadıma düşdü: “Hələ ki, gəldi məclisə, ortada araq gərək olsun. Hələ ki, süzüldü “rumka”ya, rəngi dümağ gərək olsun...”

“Rumka”nı şairin sağlığına qaldırdım, birinci pis getdi. “Rusiya kralı”nı, “Finlandiya maralı”nı və başqalarını da bu minvalla atdım getdi. İnsafən ikinci babat, üçüncü yaxşı, sonra lap yaxşı getdi. Ürəkbulanmam yox oldu, qazan da doldu. Rusların bir misalı var, ayrılıqdan qabaq “oturmaq” lazımdır. Mən də araqla ayrılmaqdan əvvəl “oturdum”...

Başıma gələn orijinal bir fikirlə yerimdən atıldım – dosta xəyanət etmək kişilikdən deyildi. Mən də bu kişi ilə 30 ildir ki, dostluq edirdim. Cəld mətbəxə qaçıb, dolça, qıf gətirdim. Arağı qazandan dolça ilə götürdüm, qıfla butulkalara tökdüm. Möcüzə baş vermişdi, əllərim əsmirdi. Şəkilli, etiketli butulkaların hamısı doldu, amma biri boş qaldı. Mənim arağımı hansısa alçaq içmişdi...

Tarix
2020.02.18 / 00:57
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla