Yuxarı

Bakıda müəllimin “biabırçı” videosu... – Kimdir günahkar?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir müəllimin sinifdə rəqs etməsi görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra bəziləri ona qarşı virtual hücuma başladı.

Həmin müəllimə 3 aspektdən irad bildirirlər:

1. Niyə sinifdə rəqs edirsən?

2. Niyə Xocalı lövhəsinin önündə rəqs edirsən?

3. Niyə belə bayağı mahnıya rəqs edirsən?

Birinci iradla bağlı tək cümlə demək olar: hər kəs istirahət vaxtında istədiyi işlə məşğul ola bilər: xüsusən bu, rəqs etmək kimi gözəl və estetik bir şeydirsə, heç bir qadağadan söhbət gedə bilməz.

Açığı, ikinci iradla bağlı məsələdə insanları nisbətən başa düşmək olar, Xocalı bir az həssas mövzudur. Amma nəzərə almaq lazımdır ki, Xocalı lövhəsi demək olar, bütün siniflərdə var: onda belə çıxır ki, şagirdlər 11 il ərzində qətiyyən gülməsinlər, sinifdə şənlik, Əlifba bayramı keçirib əylənməsinlər, hər gün matəm saxlasınlar? Bu nə qara təfəkkürdür?

Hər bir azərbaycanlı ürəyində Xocalı soyqırımına dərin ağrı duyur. Xocalı soyqırımı ağrısını 3-5 səhifəlik ağ kağızdan ibarət bir lövhəyə qədər kiçiltmək olarmı? O lövhənin təyinatı başqadır. O lövhə yas saxlamaq üçün deyil, qan yaddaşımızı unutmamaq üçündür.

Həmin lövhəni müqəddəsləşdirmək isə pir təfəkkürdür, bütpərəstlikdir.

Müəlliməyə bu iradı tutanların 90 faizinin Xocalı soyqırımı ilə bağlı təsəvvürü yoxdur, hansısa xarici ölkəyə getsə, soyqırımla bağlı ikicə cümlə deyə bilməz. Amma di gəl, zəhmətkeş bir müəllimi linç etməyə başlayıblar.

MSK-nın keçirdiyi iclaslarda məlum oldu ki, bəzi müəllimlər qutulara topa bülletenlər atıblar. Bax, bu müəllimlərə etiraz etməli idiniz. Elinanını öldürən direktora etiraz etməli idiniz.

Rəqs etmək əksər Azərbaycan insanın canında olan bir əyləncə növüdür. Müəllim işin yorğunluğunu çıxarmaq üçün əylənmək istəyib. Bunun kimə zərəri var? Əminəm, heç kimə.

Nə vaxta qədər hər işıqlı, pozitiv addımı balta-bıçaqla qarşılayacaqsınız? Videodan da görünür ki, müəllim istirahət müddətində belə işlə məşğuldur. Bəlkə o müəllim Azərbaycanın gələcəyini dəyişən şagirdlər yetişdirəcək. Niyə onu hədəfə çevirib həyatını, uşaqların gələcəyini məhv edirsiniz?

Üçüncü irad müəllimin bayağı mahnıya oynaması ilə bağlıdır. Bunu isə zövq meyarı adlandırmaq olmaz. Oynamağın özü yüngüllükdür. Müəllimə “Koroğlu” uvertürasına oynamalıydı, yoxsa “Yeddi gözəl”ə? Ya Şostakoviçin “Vals”ına oynamsını düşünürsünüz?

Guya “Tərəkəmə”yə oynasaydı nə dəyişəcəkdi?!

Sevindirici haldır ki, Təhsil Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq, müəllimin rəqs etməsinin çox təbii bir hal olduğunu bildirdi.

Bəzi media orqanları, sosial şəbəkə səhifələri, Yutub kanalları müəllimin bu rəqsini biabırçılıq kimi qələmə verdilər. İndi siz deyin, kimdir biabırçı – müəllim, bu olayı biabırçılıq kimi təqdim edənlər, yoxsa bu videonu yayanlar?

Tarix
2020.03.02 / 22:15
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla