Yuxarı

Son hadisələr “Qiyamət əlaməti”dir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son hadisələr “Qiyamət əlaməti”dir?

Çində yayılmağa başlayan və demək olar ki, bütün dünyanı ağuşuna alan koronavirus səbəbindən ölkələrin fövqəladə rejim elan edilməsi, səfərlərin dayandırılması müəyyən şayiələrə rəvac verib. Belə ki, bəziləri virusun sürətlə yayılmasını, Kəbənin “boş” (ziyarət edilməməsini) və bəzi ölkələrin çəyirtkə hücumuna məruz qalmasını “Qiyamət əlaməti” adlandırmağa cəhd ediblər.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, tarixin müxtəlif dövrlərində bu cür hadisələr dəfələrlə təkrarlanıb:

“Bu cür epidemiyalar tarixdə müxtəlif dövrlərdə təkrarlana bilər. Bunların hamısını ümumiləşdirmək yanlışdır. İnsanlar hansısa sensasiya yaratmaq və hansısa mövzu ətrafında digərlərinin marağını cəlb etmək üçün bu kimi məsələləri “Qiyamət əlaməti” olaraq dövriyyəyə buraxırlar. Bu gün dünyanın yaşadığı hadisələr tarixdə dəfələrlə müşahidə olunub. Ona görə də hansısa hadisəni belə qiymətləndirmək kökündən yanlışdır. Quranda bununla bağlı ayə yoxdur. Müəyyən hədislərdə bəzən qeyd olunur ki, Qiyamət öncəsi bəzi xəstəliklər yayıla bilər. Amma onu da konkret tədqiq etmək mümkün deyil. Çünki tarixin müxtəlif dövrlərində epidemiyalar olub və Qiyamət baş verməyib”.

Tarix
2020.03.17 / 09:27
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla