Yuxarı

Nə yayılır: Astarada dəhşət, Qubada komfort?..

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz həmkarlar, jurnalistikanın mahiyyətinin əsası, kökü problemin həllinə nail olmaqdır. Razıyam, jurnalist hadisələri ictimailəşdirməklə işini bitmiş hesab edə bilər. Onun borcu yaşananlara hökumətin və cəmiyyətin diqqətini çəkməkdir. Sadəcə incə məqam var: jurnalistika ekstremal vəziyyətlərdə prinsiplərində cüzi dəyişikliklər etməyə borcludur. “Müharibə jurnalistikası” ifadəsi də müəyyən dövrlərdə mətbuatın fəaliyyət azadlığında labüd dəyişikliklərin vacibliyi önə çıxan zaman işlənir.

Dünyanı virus müharibəsi bürüyüb. Belə məqamda jurnalist yazılarında vətəndaş mövqeyinə söykənsə, yaxşı olar. O, problemi ictimailəşdirmədən öncə, onun həllinə nail olmağı prioritet götürür. Problemi ictimailəşdirmədən aradan qaldırmaq mümkündür. Orijinallığı dırnaq arasında olan indiki dönəmdə ikinci şərtin işə düşməsinə çalışmaq daha vacibdir.

Dünən sosial şəbəkələrdə yayılan videoda Astara Mərkəzi Rayon Xəstəxanası kimi təqdim olunan səhiyyə ocağında karantinə alınan insanlara qarşı çox pis münasibət göstərilməsindən bəhs olunurdu. Görüntülər adamı vahiməyə salırdı – xırdalığına varmayacağıq. Təbii, videonu yaymadım, adım xatırlatma küncünə çıxmasın, diqqət cəlb etməsin, neqativdən az adam xəbər tutsun deyə, münasibət bildirmədim.

Bu gün həmin vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha, TƏBİB-in “Qaynar xətt”inə məlumat verdim. Dinlədilər və tez bir zamanda araşdırıb, sərt tədbirlər həyata keçirəcəklərini bildirdilər.

Dünən daha bir informasiya yayılmışdı. Qubada otellərin birində karantində saxlanılan tələbə qız şəraitin yüksək səviyyədə olduğunu söyləyirdi.

İki ziddiyətli məlumat eyni anda yayılır, insanlar çaşqınlıq içərisinə düşür, panik durum dərinləşir. Ora elə dərin və qaranlıq quyudur ki, xəstəliyin özündən daha ağır fəsadlar verə bilir, gün üzünə çıxmaq çətinləşir.

Bəlkə belə edək: neqativləri yaymadan Operativ Qərargahı, TƏBİB-i məlumatlandıraq. Pozitiv məqamlarısa gözdən qaçırmayaq, daha çox tirajlamağa çalışaq.

Bizə problemin həlli lazımdır, yoxsa ətrafda xof yaratması? Əlbəttə, birinci amil vətəndaşın bilavasitə arzusudur. Onda niyə bu arzunun gerçəkləşməsinə çalışmayaq? Bir anlıq düşünək: Astara xəstəxanasından çəkilən videonu orda digər xəstəliklərdən əziyyət çəkənlərin, elə karantinə alınanların qohumları, yaxınları görürlər. Belədə onlar dəhşətli hisslər keçirə, psixoloji zərbə ala, stressdən müxtəlif ağır xəstəliklər qazana bilərlər.

Əziz dostlar, dünyanı caynağına alan bəla mütləq tezliklə sona çatacaq. Günəş şəfəqlərini saçanda ağır günləri xatırlayacağıq. Onda bizi cəmi bir sual üşüdə bilər: Virusla mübarizə prosesində mən neylədim? Bu suala beynimizin verdiyi cavab üşütməmizi kəsə də bilər, qızmar günlərdə bizi yerimizdəcə dondura da bilər.

Əziz həmkarlarım, sabah bugündən daha gözəl olacaq, yetər ki, ora uzanan yolda büdrəməyək, büdrədiyimiz üçün bezməyək, yorulmayaq, cəmi bir cığır var, ondan kənara çıxmayaq.

Tarix
2020.03.23 / 13:06
Müəllif
Ceyhun Musaoğlu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla