Yuxarı

Karantində olan azərbaycanlı tanınmışlar kimlərdir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantində olan azərbaycanlı tanınmışlar kimlərdir?

Hazırda Azərbaycanda 3 mindən çox vətəndaş karantindədir. Onların heç də hamısı sadə insanlar deyil, aralarında tanınmışlar da var.

Kult.az-ın məlumatına görə, başda prezidentin əfv fərmanı ilə azadlığa buraxılan MTN generalları Akif Çovdarovla Sübahir Qurbanov gəlir. Onlar həbsdən azad edilərək birbaşa karantinə aparılıblar.

Həmçinin, ifaçı İlhamə Qasımova ABŞ-dan, xalq artisti Zaur Rzayev İtaliyadan, müğənni Nəfəs Moskvadan qayıdarkən 14 günlük karantinə alınmışdılar.

Görkəmli rəssam Tahir Salahovun rəssam qızı Aydan Salahova isə Moskvada karantinə alınanlardan olub.

Tanınmış yazar Dilqəm Əhməd də karantindədir. Türkiyədən qayıdarkən karantinə alınan D.Əhməd Atletlər kəndinə yerləşdirilib.

Qeyd edək ki, bir çox tanınmış sənətçilər, aktyorlar da özlərini ev karantininə alıblar. Onlar bişirdikləri yeməkləri, oxuduqları kitabları, izlədikləri filmləri, formada qalmaq üçün atdıqları addımları, bir sözlə, günlük rutinlərini izləyiciləri ilə bölüşürlər.

Tarix
2020.04.09 / 12:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla