Yuxarı

Dosentimizin Şekspirdən "müdrik" sitatı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dosentimizin Şekspirdən "müdrik" sitatı...

BDU-nun dosenti olan bir müəllim bir neçə gün əvvəl dünya şöhrətli dulusçu, otüstü xokkey üzrə sualtı şahmat çempionu Uilyam Şekspirdən gözəl bir sitat gətirib: “Sudan çox istifadə eləsən, problem yaradar”.

Bəziləri də buna istehza ilə yanaşıblar. Ayıb deyilmi?

Zəruri olaraq qeyd edim ki, dünyanın nəhəng tarixi şəxsiyyətləri müxtəlif aforizmlər səsləndiriblər. Elə bu yerdə uzağa tullanmaq üzrə yaxına oturmaq çempionu Dostoyevskinin məşhur bir kəlamı yadıma düşdü: “Qız ağacı, qoz ağacı”.

Və yaxud, Folkner: “Qızını döyməyən dizini döyər”. Gör necə gözəl deyib! Elə deyilmi?

Təbii, Jan Pol Sartrın “Gəlin mənim süpürgəmdir, hara istəsəm, qoyaram qalar” sözlərinə çatmaz.

Süpürgə demişkən, tikdiyi köynəyə qalstuk qoyduğuna görə Nobel mükafatı alan dərzi Qabriel Qarsia Markesin “Anam sənə qurban, ay Sarıköynək” sözləri günümüzün problemlərinə hələ də işıq tutmaqdadır.

Bu yerdə əlbəttə ki, Aristotelin “Mən bu zəngimselimi sənə görə qoymuşam” kəlamını unutmaq ayıb olar.

Hələ Kafka! Nə deyir, baxın: “Milçək özü bir şey deyil, amma ürək bulandırır”.

Milçəyi nə təhər tərif edib də!

Migel de Servantesin “Adapterini servantın aşağı gözünə qoymuşam” məşhur fikrini deməməklə o dosentimiz ciddi səhvə yol verib. Çünki Şekspir deyir ki, sudan çox içəndə adam gərək adamterini itirməsin.

Rəhmətlik Yuri Qaqarinin Ayda səsləndirdiyi bu dahiyanə fikirlər isə hələ də azərbaycanlılara ruh verir: “El bilir ki, sən mənimsən...”

Təəssüf, müəllimə bu sözü deməməklə gənclərimizin maariflənməsində gördüyü həşəmətli işin üstünə badımcan yarpağı salıb.

Bethovenin “Bir az xod ver” kəlamını isə gərəkdir dosentimiz professor olanda unutmasın.

Məncə, bu günə qədər deyilmiş ən sarrast fikir Tolstoyun bu cümləsidir ki, bunu da AMEA akademiki olanda dosentimizin mütləq işlətməsini rica edirəm:

“Sirkə nə qədər tünd olarsa, üstünə bir az su əlavə elə”...

Tarix
2020.04.20 / 22:15
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla