Yuxarı

Azərbaycan Pikassosu: “Bu fikir gülüncdür”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Pikassosu: “Bu fikir gülüncdür”

Axar.az Belarusiyada yaşayan azərbaycanlı gənc rəssam Rasim Həsənovla müsahibəni təqdim edir:

– 1992-ci ildə Gürcüstanın Qardabani şəhərində doğulmuşam. 9 il burada yaşamışam. İttifaq dağıldıqdan sonra Gürcüstandakı yaşayışımz çətinləşdi. Buna görə də babam Həsənov Məmmədin yanına – Belarusiyaya köçdük. Orta təhsilimi də orada davam etdirdim. İlk dəfə 2005-ci ildə qrafitti ilə məşğul olmağa başladım. İki il küçə mədəniyyəti ilə, yəni qrafitti ilə məşğul olub, divarları bəzədim. 17 yaşım olanda yenidən Gürcüstana qayıtdım və bir müddət yaradıcı fəaliyyətlə məşğul olmadım. Orda mən Azər Musa oğlu ilə tanış oldum. O, həm rəsm çəkirdi, həm də şeirlər yazırdı. Azər bəy məndə istedadı kəşf edən birinci adam idi. Onun sözlərini bugünkü kimi xatırlayıram: "Səndə nəsə var, çək. Azər bəy tez-tez gəlib mənim çəkdiklərimə baxırdı və deyirdi ki, daha çox çəkim, tənbəl olmayım.

– Bildiyimə görə, rəssamlıq təhsiliniz yoxdur, ümumiyyətlə, rəsmə həvəsiniz necə yarandı?

– 20 yaşım olanda Belarusiyaya – babam Məmməd Həsənovun yanına geri döndüm. Və öz işlərimi də apardım. Babam işlərimi görüb çox təəccübləndi və necə deyərlər, dili tutuldu. Baxmayaraq ki, o öz cavanlığını rəssam Tariyel Əliyevlə və Teymur Ağa oğlu ilə birgə keçirib. Bir müddət sonra yazıçı Nəriman Əbdürrəhmanlı Belarusiyaya gəldi. O, işlərimi gördü və çox bəyəndi. Dedi ki, yaradıcılığım maraq oyadır və onları çap etdirmək istəyir. Mənimlə kiminsə maraqlandığını görəndə təəccübləndim. Babama Teymur Ağaoğlunun fikirləri maraqlı idi. O da işlərimi görəndə çox bəyəndi. Beləliklə, deyə bilərəm ki, adını çəkdiyim şəxslər mənim yaradıcılığımda böyük rol oynayır. Mən bu insanlara, doğrudan da, minnətdaram. Hər rəssamın hörmətə və dəstəyə ehtiyacı var. Hər şey Allahın əlindədir. Əgər o istedad veribsə, bu istedadı əzib məhv etmək lazım deyil.

– Sizin tərzinizi Pikassoya oxşadırlar. Əsərlərinizdə belə bir oxşarlıq görürsünüzmü? Rəsmlərinizi hansı janra aid etmək olar?

– Pikasso ilə mənim işlərimin oxşarlığı haqda fikir gülüncdür. Bunu Pikassonun işlərini, ən azı, bir dəfə görən adam başa düşər. Mən düşünürəm ki, mənim öz orijinal janrım və tərzim var. Bu haqda başqa heç nə deyə bilmərəm.

– Sizin rəsmlərinizdə müasir və ənənəvi üslub bir-birini tamamlayır. Rəsmlərinizdəki mənaları bizim üçün izah edə bilərsinizmi?

– Hər əsərdə bir fəlsəfə var, amma onu başa düşmək asan deyil. Mən nə işlədiyimi və ya işləyəcəyimi deyə bilmərəm, bu öz-özlüyündə şeir kimi birdən gəlir.

Tarix
2015.03.13 / 08:00
Müəllif
Rövşən Danyeri
Digər xəbərlər

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla