Yuxarı

“Müsəlmanları dindən çox pul maraqlandırır”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Müsəlmanları dindən çox pul maraqlandırır”

Nobel mükafatçısı türkiyəli yazar Orxan Pamuk Almaniyanın həftəlik "Die Zeit" qəzetinə müsahibə verərək Avropa Birliyinə üzvlük məsələsinin artıq keçmişdə qaldığını və buna görə ruhdan düşdüyünü deyib.

Axar.az xəbər verir ki, Orxan Pamuk həm AB-nin, həm də Türkiyənin öz problemləri ilə uğraşdığını qeyd edərək belə deyib:

"Böyük ruh düşkünlüyü yaşayıram. 2002-2009-cu illər arası nikbin idim. Türkiyə Avropa Birliyinə girməyi bacarsaydı, "möcüzələr diyarındakı Alisa" kimi hər mövzuda danışa biləcəyimizə inanmışdım".

"Onları dindən çox pul maraqlandırır"

Türkiyənin İslam dünyasına örnək olmasına da inanmadığını söyləyən yazar ölkənin probleminin demokratiyanın inkişaf etməməsi və bu ikisinin paralel irəliləyə bilməməsində olduğunu bildirib. Orxan Pamuk vəzifədən sui-istifadənin isə siyası islamın cazibəsini pozduğunu deyib.

1990-cı illərdə siyasi islamçılığın sirli tərəfinin olduğunu, hətta Marksist və kommunistlərin belə bunu maraqlı hesab etdiyini qeyd edən yazar bu gün isə siyasi islamın rüşvətxorluq, vəzifədən sui-istifadə üzündən cazibədarlığını tamamilə itirdiyini dilə gətirib: "Rüşvətxorluq üzündən siyasi islam cazibəsini tamamilə itirdi. Türkiyə islamçıları bir vaxtlar cəmiyyətin aşağı təbəqəsindən daha qızğın, özlərinə qarşı edilənləri unutmayan adamlar idi. 12-13 il sonra, indi özləri idarə heyətini əmələ gətirdilər. İndi hər müəssisəyə əl atır, iqtidarı mərkəzləşdirirlər. Onları dindən daha çox pul maraqlandırır. İslam sadəcə sözdə qalan bir ünsür halına gəlib".

Xatırladaq ki, Orxan Pamuk 2005-ci ildə Alman Naşirlər Birliyinin Sülh mükafatını qazanıb, 2007-ci ildə Berlin Hürr Universiteti (FU), Brüssel Katolik Universiteti və İstanbul Boğaziçi Universiteti tərəfindən fəxri doktor adına layiq görülüb.

Tarix
2015.03.19 / 11:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla