Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın
01:55
| Ana səhifə Kult |
|
Amerika Modaçılar Birliyi "İlin stil ikonası"nın adını açıqlayıb.
Axar.az "The Guardian"a istinadən xəbər verir ki, məşhurlar arasında keçirilən müsabiqənin builki qalibi qalmaqallı ifaçı Farel Villiamz seçilib.
Özünəməxsus ifası və səhnə şouları ilə yanaşı taxdığı iri, rəngarəng papaqları və müxtəlif şirkətlərlə əməkdaşlıq nəticəsində sifarişlə əldə etdiyi geyim kolleksiyaları ilə Farel bu "İlin stil ikonası" adına layiq görülüb.
Mükafatlandırma mərasimi iyunun 1-də Linkoln Mərkəzində baş tutacaq.
Xatırladaq ki, 2014-cü ilin stil ikonası adına müğənni Rihanna layiq görülmüşdü. Ondan öncə isə yaraşıqlı aktyor Conni Depp, müğənni Nikol Kidman, Keyt Moss və digərləri bu mükafatı qazanıb.
|
Tarix
2015.03.20 / 19:20
|
Müəllif
Rəfiqə Əlisəfa
|