Yuxarı

Maskalar düşür: Qərb cəbhəsində nələr yaşanır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya koronavirus pandemiyasına təslim olur. Belə bir gərgin vaxtda həm də Qərbin iç üzü açılır. Özünü demokratiya, insan haqları və tolerantlığın beşiyi kimi qələmə verən Qərbi dünyanın ən iyrənc terroru – irqçilik bürüyüb.

Təsəvvür edin, insanabənzər robotlar yaradılır, amma Qərbdə hələ də insanlara dərisinin rənginə, milliyyətinə görə qiymət qoyurlar.

Nobel mükafatlı türk alim Əziz Sancar yazır: “Los-Ancelesdə bir kassir mənim türk olduğumu bilib “bir filmdə izlədim, faşistsiniz” dedi. Mən isə ona “Mən də Xirosimaya atdığınız atom bombasını izlədim, film deyil, gerçək idi” cavabını verdim”.

Qısa, amma tam hədəfə bir cavab. Təsəvvür edin, Türkiyə 3 milyon suriyalıya qapı açır, onları ölümdən xilas edir, sonra hansısa amerikalı bir çoban Nobel mükafatlı türk alimə “faşistsiniz” deyir.

Qərbdə irqçiliyin tarixi qədimlərə dayanır. Orta əsrlərdə müstəmləkəçi dövlətlər Afrikadan milyonlarla qaradərilini gətirərək, qul kimi satırdılar. Əlcəzairin sabiq lideri Əhməd Ben Bellanın yazdığına görə, 1492-ci ildən 1800-cü ilə qədər 100 milyon afrikalı öldürülüb. Təsəvvür edin, onda hələ dünya əhalisi 1 milyarda çatmamışdı. Əhməd Ben Bellanın yazdığı tarix - 1492-ci il, yəqin, sizə nəyisə xatırladır.

Bəli, Amerika qitəsinin rəsmən kəşf edildiyi tarix. Bu gün o Amerika irqçiliyə görə fəlakət yaşayır. Artıq irqçilik böhranı Avropa ölkələrində də yayılmaqdadır. Mədəni intibahın beşiyi olan Avropa, texnoloji intibahın beşiyi Amerika əsrlərdir mövcud olan irqçilik problemini həll etməyib. “Edə bilməyib” yox, məhz etməyib.

Təbii, bunun da bəlli səbəbləri var.

İndi gələk Azərbaycana. Bu ölkədə hər millətin nümayəndəsi, hətta ermənilər də, dünyanın əksər ölkələrində antisemitizm bəlası ilə üzləşən yəhudilər də dinc şəraitdə yaşayırlar. Özü də müsəlman ölkəsi Azərbaycanda. Təbii, Azərbaycanın belə tolerant ölkə olması burada tarixən müxtəlif təriqətlərin yaranması və inkişafına münbit şəraitin yaradılması ilə əlaqəlidir. Amma tolerantlıq ənənəsinin əsrlərdən bəri var olması təkcə hakim quruluşların yox, həm də bu xalqın iradəsinin məhsuludur.

Yekun olaraq fikrimi ümumiləşdirim: Yeni dəyərlər sisteminə keçmək istəyiriksə, bunu Qərbdən “copi-paste” etməməliyik, öz ənənəvi dəyərlərimiz üzərində yaratmalıyıq. O zaman hansısa sağlam gələcəkdən bəhs etmək olar.

Tarix
2020.06.03 / 17:57
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla