Yuxarı

Təbrizli ustad: “Mənsum quru danışır” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizli ustad: “Mənsum quru danışır” - Video

Bakıda keçirilən Beynəlxalq Muğam festivalına dünyanın bir çox ölkələrinin sənətkarları dəvət olunublar. Dəvətlilər arasında doğma Təbrizin muğam ifaçıları da vardı.

Təbrizli sənətkarların bədi rəhbəri "Savalan" Muğam qrupunun yaradıcısı Həmid bəy Namvərdir. Axar.az olaraq təbrizli qonaqla görüşüb söhbət etdik.

- Həmid ağa, bu sizin Azərbaycana neçənci gəlişinizdir?

- Azərbaycana beşinci dəfədir ki, gəlirəm. Hər gəlişim də musiqi ilə bağlı olub. İkinci dəfədir ki, Muğam festivalına qatılırıq. Bu festivalda tələbəm İbrahim Qulami çıxış etdi. Onun "Şur dəstgahı"nı məharətlə ifa etməsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. Siyavuş Kərimi, "Ən səlis muğam ifaçısı" ödülünü İbrahimə təqdim etdi. İbrahimi (xatırladaq ki, gənc xanəndə İbrahim Qulami görmə əngəllidir. - F.B) kamanda Əkbər Səmədi, tarda isə Bəhruz Müqədaəmi müşayiət etdi.

- Artıq bir neçə gündür ki, Bakıdasız, darıxmırsınız ki?

- Özümüzü çox rahat hiss edirik. Adam öz vətənində darıxarmı?! Düzdür, bəzi məqamlarda darıxırıq, amma bu hər hansı sıxıntıdan irəli gələn rahatsızlıq deyil. Belə anlarda qələm-kağız götürüb şeirlər yazıram.

- Muğam qrupuna rəhbərlik edirsiniz. Yəqin ki, tələbələriniz arasında ümidlərinizi doğruldanlar var.

- Hazırda 50 tələbəm var. Təhsilini bitirmiş tələbələrim isə İranın müxtəlif şəhərlərində yaşayırlar. Tehrandan, Zəngandan və başqa böyük şəhərlərdən Təbrizə gəldikdə mütləq məni görürlər.

- Kimləri daha çox dinləyirsiniz?

- Mən muğam ustası olsam da, musiqinin bütün janrlarına qulaq asıram. Həm vokal, estrada, həm də pop və digər janrlar dinləməyi xoşlayıram. Sözsüz ki, muğamı daha çox dinləyirəm. Rəhmətliklər Yaqub Məmmədov, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Rübabə Muradova, Sabir Mirzəyev ən çox dinlədiyim sənətkarlardır. Əlibaba Məmmədov, Alim Qasımov da çox sevdiyim xanəndələrdir.

- Özünüzü opera müğənnisi kimi görürsünüzmü?

- Yox. Ona görə ki, o tayda operaya o qədər də diqqət ayrılmır. Məcnunu oynamaq isə həmişə ürəyimdən keçib.

- Bizdə son 20 il ərzində Mənsum İbrahimov Məcnun rolunun mahir ifaçısı kimi gündəmdədir. Xeyli Leylilər dəyişsə də Məcnunumuz dəyişməz qalıb. İndi daha gənc Məcnunlar da var.

- Bilirəm. Hamısını izləyirəm. Mənsum da yaxşı xanəndədir.

- Maraqlıdır, səsinizin tonunda Mənsun İbdahimov haqda giley hiss olundu.

- Allah eləməsin, nə giley?! O, yaxşı sənətkardır, bu tayda sevildiyi kimi, o tayda da sevilir. Lakin xarakterində bir qədər soyuqluq var. Bir neçə dəfə söhbət etmişəm, çox quru danışır.

- Bəlkə sizi sənətkar kimi qəbul etmir, bu münasibət oradan irəli gəlir?

- Deyə bilmərəm. İnanmıram elə olsun. Onun səsi, sifətinin cizgisi ona kobud olmayan adam təsiri verir. Vallah, nə bilim. Amma digər sənətkarlar tam isti münasibət bəsləyirlər.

- Hansı xanəndəni özünüzə kumir kimi görürsünüz?

- Mən Yaqub Məmmədova və Sabir Mirzəyevə yorulmadan qulaq asaram. Sabir Mirzəyevin "Cahargah"ı və "Bəstənigar"ı təkrarolunmaz bir ifadır. Onu bütün İranda da çox sevirdilər. Allah rəhmət eləsin. Təbrizə gəlmişdi. Ürək xəstəsi idi. Oteldə qalırdı və səhəri əməliyyata girəcəkdi. Lakin elə oteldə də stressdən keçindi. Mənə zəng etdilər, nə edək, deyə soruşdular. Onun adına əklil bağlatdırdım. Bir əklil də şair Xosrov Sərtibi Təbriz şairlərinin adından bağlatdırdı. Vida mərasimi təşkil etdik. Az zamanda ora yüzlərlə Sabirsevər toplaşmışdı. Mərasimi bitirib bu taya, vətənə yola saldıq.

- Yaman o tay, bu tay deyirsiniz. Yoxsa siz də Arazı günahkar bilənlərdənsiz?

- Araz çayı bir nemətdir ki, Allah onu bizlərə verib. Bu, şairlərin dilində ayrılıq, həsrət verən bir günahkardır. Mahnılarda da yer alıb.

- Özünüz daha çox nəyi ifa edirsiniz?

- Ən çox xalq mahnılarını ifa edirəm. Elə tələbələrimə də bunu öyrədirəm. Ramiz Mirişlinin, Ələkbər Tağıyevin, Əlibaba Məmmədovun mahnıları da repertuarımızda üstünlük təşkil edir.

- Toylara gedirsinizmi?

- Yox, getmirəm. Əvvəllər çox gedərdim. İndi toylarda sifarişlər tamam fərqli olur. Mənim yolum, üslubum tam fərqli olduğu üçün bəzən sifariş verilən mahnıları oxumaq çətin olur. Mən xalq mahnılarına, təsniflərə üstünlük verirəm.

- Əgər mümkünsə, oxucularımız üçün tələbənizlə bir ağız ifa edərdiniz...

Tarix
2015.03.25 / 09:00
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla