Yuxarı

Məşədi Məmmədin irsi 90 ildən sonra üzə çıxarıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzi (BMM) muğam sənətinin müxtəlif istiqamətlərində öz tədqiqatlarını davam etdirir. Hazırda öz sosial hesabarından müxtəlif layihələrlə izləyicilərin görüşünə gələn mərkəz tədqaqat və elmi işlərini də davam etdirməkdədir.

Kult.az xəbər verir ki, BMM muğam korifeylərinin həyat və yaradıcılığını araşdıran tədqiqatlarını “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşdırır. Bu günə kimi muğam korifeylərindən bir neçəsinin, Hacı Hüsü, Mirzə Güllər , Mirzə Məhəmməd Həsən haqqında faktları təqdim edən mərkəz XIX əsrin II yarısı muğam ifaçılığının ən görkəmli nümayəndələrindən biri olan Məşədi Məmməd Fərzəliyein qəriblikdə olan məzarının axtarışına başlayıb. BMM apardığı tədqiqatlar nəticəsində xanəndənin irsi ilə bağlı musiqi mədəniyyətimizə məlum olmayan bir sıra yeni sənədlər aşkar edilmiş, xanəndənin qəriblikdə olan məzarının və mühacirlik fəaliyyəti ilə bağlı axtarışlara başlanılmışdır.

“Unudulmayanlar” layihəsinin rəhbəri, Xalq artisti Murad Hüseynov, koordinatoru, tədqiqatçı alim Gülhüseyn Kazımlı M.M. Fərzəliyevin 1962-ci ildə Türkiyənin İstanbul şəhərində vəfatından sonra bu günə qədər onun məzarının məlum olmaması səbəbindən xanəndənin məzarının və arxivinin axtarışını zəruri hesab etmişlər. Xanəndənin fəaliyyəti Azərbaycan mədəniyyəti və muğam sənətmiz üçün vacibli bir mərhələdir. Xanəndənin irsinin araşdırlmasına Muğam Mərkəzinin təşəbbüsü ilə həmçinin Türkiyədə yaşayıb yaradan , jurnalist və araşdırmaçı Dilqəm Əhməd və Azərbaycanın tanınmış şəxsiyyətlərinin nəsil şəcərəsinin araşdırması ilə məşğul olan araşdırmaçı- jurnalist Hafiz Əhmədov da cəlb edilib. Araşdırmalar nəticəsində vaxtilə Gəncə Filarmoniyasının direktoru olmuş Hüseyn Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub Milli Arxiv idarəsindən əldə edilib. Məktub əldə ediləndən sonra məlum olub ki, axtarışlar Məşədi Məhəmməd Fərzəliyev deyil, Mehmet Ferzalı adı ilə aparılmalıdır. Çünki, Firudun muəllimlə yazılan məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət göstərdiyi qeyd edilib. İlk nəticələr uğurlu olub. Dilqəm Əhmədin Türkiyədə əldə etdiyi arxiv sənədləri əsasında məlum olub ki, 1950-ci ildə Türkiyədə xanəndənin yaradıcılığının 50 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilmişdir . Həmin dövrdə İstanbulda “Azəri musik heyəti “ adlı qrup fəaliyyət göstərib, Türkiyənin şəhərləri və xaricdə Azərbaycan musiqisi və muğamlardan ibarət konsertlərlə çıxış edib. “Azəri muzik heyəti”nin rəhbəri M.M. Fərzəliyev olub. Hafiz Əhmədovun axtarışları nəticəsində isə xanəndənin ifasında 3 lent yazısı aşkarlanıb. Bu lent yazılarının təqdimatını da BMM reallaşdırmaq niyyıtindədir.

“Unudulmayanlar” layihəsi çərçivəsində axtarışlar davam edir. Hazırda İstanbulun müxtəlif məzarlıqlarında xanəndənin məzarının axtarılması üçün işlər aparılır. Pandemiya rejimi sona yetdikdən sonra Türkiyədə bu işdə bizə yardımçı olan insanlar tərəfindən böyük sənətkarın məzarı aşkar ediləcəyinə ümid böyükdür.

1929-cu ildən 1962-ilə qədər o aktiv musiqi həyatı keçirib. Müxtəlif konsert və layihələrin həyata keçirilməsinə rəhbərlik edib. Türkiyədə Üzeyir bəyin “ Arşın mal alan” əsərini dəfələrlə tamaşaya qoyub, rolları ifa edib. Bu işdə onun yanında tarzən Hüseyn adlı bir musiiçi də olub. Təxmin edilir ki, həmin tarzən də Türkiyəyə mühacir edən Azərbaycanlılardan biri olub.

Qeyd edək ki, Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınıb.

Məşədi Məmməd də “Şüştər” muğamının ustası kimi daha məşhur olub.

1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda konsertlər verir.

1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır.

1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxmış, bir daha Azərbaycana qayıtmamışdır. Məşədi Məmməd Fərzəliyev uzun illər Türkiyənin İstanbul şəhərində yaşamış və 1962-ci ildə dünyasını dəyişmişdir.

Tarix
2020.06.11 / 01:19
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla