Yuxarı

Ərdoğanın rəğbət bəslədiyi azərbaycanlı sənətçi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın rəğbət bəslədiyi azərbaycanlı sənətçi...

Kult.az Teleqraf.com-a istinadən türk xalq musiqisinin ən məşhur simalarından biri olan Nuray Hafiftaş barədə maraqlı məlumatları təqdim edir:

Nuray Hafiftaş – türk xalq musiqisi sənətçisi və bəstəkar…

Nuray Hafiftaş 1962-ci il noyabrın 2-də Çıldırda azərbaycanlı ailəsində doğulub. Orta məktəbi İstanbulda (Taksim) oxuyub. İstanbul Dövlət Konservatoriyasından məzun olduqdan sonra İstanbul Bələdiyyə Konservatoriyasında 4 il xalq sənətçisi kimi çalışıb. Həmin illərdə müqavilə əsasında “İstanbul” radiosunda fəaliyyət göstərib.

İndiyədək bir çox albomu işıq üzü görən sənətçinin 100-dən çox sözləri və bəstəsi özünə aid əsəri var. Bunlardan “Ayrılıq nikahı”, “Yalan dünya” və “İsyan edirəm” əsərlərini məşhur müğənni Kibariyə, “Həsrət” və “Qürbət” isə İzzət Yıldızxan ifa edib.

Sənətçinin son albomunda isə özünə aid “Bə hey qafil” və “Yavrular” adlı bəstələri yer alır.

Klassik türk xalq musiqisindən heç vaxt imtina etməyən, amma yeni texnologiyalara və çağdaş tələblərə açıq bir sənətçi idi. Səhnəyə yeni addım atan gənclərin albomlarında vokal qrupunun tərkibində iştirak edəcək qədər də təvazökardı. Əlbəttə, Nuray Hafiftaşın türk xalq musiqisinin klassik sənətçilərinin sırasında durmasına səbəb olan özəllikləri təkcə bunlar deyil. Məsələn, “Eyvah, könül” kimi müəllifi olduğu mötəşəm əsər də bunlardan biridir.

“Yazı bir dərd, qışı bir ddərd” adlı son albomunu Yusuf Savaşla birlikdə ərsəyə gətirib. 12 əsərdən ibarət bu albom təxminən dörd illik fasilədən sonra çıxıb.

Uzun müddət yoğun bağırsaq xərçəngindən müalicə olunan Nuray Hafiftaş 2018-ci il fevralın 14-də 55 yaşında İstanbulda vəfat edib.

Sevilən sənətçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə dövlət səviyyəsində keçirilən mərasimlə dəfn olunub.

Nuray Hafiftaş Türkiyə Prezidentinin rəğbət bəslədiyi sənətçilər arasında yer alırdı.

Tarix
2020.06.20 / 09:46
Müəllif
Kult.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla