Yuxarı

Nərimanbəyovanın əsərləri Parisdə – Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərimanbəyovanın əsərləri Parisdə – Fotolar

Bu ilin 2-5 aprel tarixində Parisin VIII rayonundakı "Rus dünyası" qalereyasında "Qadın incəsənəti" (Femme art) Assosiasiyasının təşkilatçılığı ilə Türkiyədən, Kiprdən və Gürcüstandan olan qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib.

Axar.az xəbər verir ki, sərgidə ölkəmizi əsərləri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan əməkdar rəssam Əsmər Nərimanbəyova təmsil edib.

Sərgi dinamik xarakter daşımaqla yanaşı, mövzularının çalarlığına görə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgidə 50-yə yaxın rəsm əsəri nümayiş etdirilib. Onların arasında Ə. Nərimanbəyovanın yağlı boya ilə çəkdiyi əsərlər tamaşaçılar tərəfindən daha böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Qadın incəsənəti" Assosiasiyası 2007-ci ildə yaradılmış və Türkiyədə 12, digər ölkələrdə isə 5 şöbəsi var. "Qadın incəsənəti" müxtəlif millətlərin rəssamlıqla məşğul olan yaradıcı qadınlarını öz ətrafında birləşdirib. Hazırda 28 ölkədən qadın rəssam Assosiasiyanın üzvüdür. Assosiasiyanın məqsədlərindən biri də rəssamların təmsil etdikləri ölkələri dünyaya tanıtmaqdan ibarətdir.

Tarix
2015.04.08 / 12:57
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla