Yuxarı

Sevinc Osmanqızının əsl atası kimdir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sevinc Osmanqızının əsl atası kimdir?

Sevinc Osmanqızı ermənilərin Belçikada, ABŞ-da və başqa ölkələrdə soydaşlarımızı döyməsinə görə bütün Azərbaycanı ittiham etdi. Dedi ki, erməni tərəfinin günahı yoxdur, qarşıdurmanı yaradan Azərbaycan tərəfidir.

Zorakılığa məruz qalan, təklənən, al qana boyanan biz, günahkar da biz. Bərəkallah!

Sevinc təxminən bunu dedi: “Xocalı soyqırımında ermənilərin günahı yoxdur, azərbaycanlılar qarşıdurma yaradıb”.

Təsəvvür edirsinizmi?

Görün Sevinc Osmanqızı bir-iki cümləsi ilə işğalçı ölkənin, onun rəhbəri Paşinyanın əlinə necə cani-dildən çalışır.

Sən Azərbaycan hakimiyyətinə müxalif ola bilərsən, tamam! Amma gördük ki, sən Azərbaycan xalqına da, bu ölkəmizə, insanlarımıza da müxalifsən.

Yox, müxalif deyilsən, düşmənsən və ermənidən daha təhlükəli düşmənsən! Çünki “özümüzküsən”.

İndidən deyim, bu yazının müəllifi hansısa YAP üzvü deyil, tam bitərəf vətəndaşdır. Mənim dərdim iqtidar-müxalifət deyil, xalqdır, Qarabağdır, Vətəndir, Azərbaycandır!

Sən doğrudanmı mərhum Osman Mirzəyevin qızısan?

Axı silahsız, günahsız Osman Mirzəyevi məhz ermənilər qətlə yetiriblər!

Onlar sənin atana qarşı terror təşkil ediblər, sən isə deyirsən ki, ermənilər təxribat istəmirlər, hər şeyi rəsmi Bakı eləyib.

Bizim qızıl kimi generalımız şəhid edilib, Tovuz rayonumuzla bağlı işğal planı qurulub, hərbçilərimizi itirmişik. Hərbçiləri keçdik, onlar da, biz də lazım gəldikdə Vətən uğrunda şəhid olmalıyıq. Amma ermənilər ahıl vətəndaşımızı da şəhid etdilər axı!

Xocalı soyqırımı bitməyib e, davam edir. Onda da yaşlıları öldürürdülər, indi də öldürürlər.

Açığı, sənin Osman Mirzəyevin qızı olmağına şübhə edirəm. Çünki insanda milli heysiyyət olmasa belə, mütləq ailə bağı olur. Və bu ailə bağı sənin ermənilərin günahsız olduğunu deməyinə imkan verməməli idi.

Görünür, səndə bu ailə bağı yoxdur və ya ümumiyyətlə olmayıb. Osmanın qızı olmayan Sevinc, bu xalq nəyi unutsa da, işğalçı ermənilərlə mübarizədə ona xəyanət etmiş şəxsləri heç vaxt unutmur – bunu ağlında tut.

Valideynlərin rəhmətə gedib, amma sən yenə də araşdır, qohumlarından soruş. Məncə, sən Osman Mirzəyevin qızı deyilsən, övladlıqsan. Bəlkə elə hansısa erməni ailənin övladısan?!

Araşdır və get öz millətinə, ailənə qovuş, bizimlə mübarizəni öz ölkən, öz bayrağın altında davam etdir.

Tarix
2020.07.28 / 01:30
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla