Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
29 Sentyabr 2020


Rüstəmxanlı Fəttah Heydərovdan yazdı: Qolumdan tutar...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun vəfatı ilə bağlı yazı paylaşıb.

Kult.az həmin yazını təqdim edir:

Ağsaqqalların yeri dolmur

Adam var ki, doğum tarixinə baxsan gəncdir, enerjisi aşıb daşmalıdır, amma həyat tərzinə, işinə baxanda görürsən ki, qocalıb, yaşamaq eşqi tükənib. Adam da var ki, 70-80 yaşlarında da iş görmək həvəsi aşıb-daşır, düşünür, ideyalar verir, quruculuqdan yorulmur, ölümdən qorxmadan ruhunu gələcəyə kökləyir...

Bu gün vəfatı haqqında acı xəbəri eşitdiyim dəyərli həmkarımız Fəttah Heydərovu tanıdığım bütün illər ərzində belə yaşamaq həvəsi ilə dolu, bütün hadisələrə gənclik eşqi ilə yanaşan, düşüncələrindəki işığı, aydınlığı heç vaxt itirməyən, münaqişələrdən az itkiylə çıxmaq üçün yollar axtaran bir insan kimi görmüşəm. Milli Məclisin deputatı olduğu ahıllıq illərində gənclik şuxluğunu saxladığı kimi, mühüm vəzifələrdə çalışıb, həmişə el-obanın xidmətində olduğundan xalq arasında hörmət qazandığı gənclik illərində də öz ağlı və müdrikliyi ilə ağsaqqal mərtəbəsində dayanmışdı. Milli Məclisdə bir çox gənc həmkarlardan fərqli olaraq o, yaşlı vaxtlarında da kitabdan ayrılmamışdı, ədəbiyyatımızı, mədəniyyətimizi dərindən bilirdi və bu sahədə çalışan insanlara dərin sayğısı vardı.

Fəttah Heydərov bir müddət Naxçıvan Respublikasının Mədəniyyət naziri vəzifəsini daşımışdır, ömrünün sonuna qədər də mədəniyyətimizin, ədəbiyyatımızın təəssübkeşi və təbliğçisi oldu. Etibarlı adam idi, salam-kalamın, kəsilən çörəyin qədir-qiymətini yaxşı bilirdi. Təmkinini itirməzdi, ictimai həyatımızın ən dramatik anlarında da hadisələrə səbirlə yanaşırdı. Mənim çılğın, əsəbi anlarımda qolumdan tutub sakitcə, “darıxma, hər şey yoluna düşəcək, Allahın verdiyi o qələmin qədrini bil, bütün cavablar ondadır” deyirdi.

Könlütox insan idi. İmkanları nə qədər artsa da, qürrələndiyini, özünü başqalarından yuxarı tutduğunu görmədim.

Xeyirxahlıq, yardımsevərlik onun xarakteri idi. İmkanı daxilində ümid qırmaz, ona uzanan əli kəsməz və boş qaytarmazdı. Bir sözlə, əsl ağsaqqal idi. Elə buna görə də Respublika Ağsaqqal Şurasının sədri seçilmişdi və bu vəzifəni ləyaqətlə daşıyırdı.

Milli Məclisin yeni tərkibi işə başlayandan sonra bir neçə dəfə görüşmüşdük. Yerişi bir az ağırlaşsa da, üzündə xəstəlik əlaməti görünmürdü.

Gənclərin itkisi ağır olduğu kimi, ağsaqqalların da itkisi ağırdır. Çünki yerləri dolmur.

Fəttah Heydərov imanlı kişi idi. Yeri cənnət olsun!

Onu sevənlərə, Milli Məclisə və Heydərovlar ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Tarix
2020.08.05 / 01:04
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sami Yusifdən Azərbaycana dəstək

Bilirsinizmi Qarabağda nə baş verir?

Şəhid pilotumuzun xanımı yazdı: O an yetişdi

Behrudinin Qarabağ savaşı ilə bağlı çağırışı – Video

“Azərnəşr” ordumuza 10 min manat bağışladı

Məşhur Sədat Pekərdən Azərbaycana dəstək

Türkiyəli məşhurlardan Azərbaycana dəstək - Foto

Prezidentin qələbəyə tam əmin çıxışı!

Bakı Türk-Azərbaycan bayraqlarına bürünür - Foto

Bu gün Dünya Turizm Günüdür

KULT
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla