Yuxarı

Məşhur rəssamın sevgisi hərraca çıxarılacaq - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur rəssamın sevgisi hərraca çıxarılacaq - Foto

Məşhur rəssam Frida Kahlonun ispan sənətçisi Jose Bartoliyə yazdığı sevgi məktubları hərraca çıxarılacaq.

Axar.az xəbər verir ki, Fridanın məşuqəsi Bartolininin 1995-ci, yəni öldüyü günə qədər gizlətdiyi məktublar Kahlonun həm özəl həyatına, həm də sənət praktikasına işıq tutacaq məzmundadır.

Ümumilikdə 100 səhifəni keçən məktubların arasında fotolar, şəkillər və qurudulmuş çiçəklər kimi digər əşyalar da yer alır. Frida Kahlonun məktublarının və şəkillərinin təxminən 80000 və 120000 dollara satılacağı nəzərdə tutulur.

Cütlüyün Frida Kahlonun onurğa iliyi əməliyyatına getdiyi Nyu Yorkda tanış olduğu və Frida Meksikaya qayıdandan sonra da əlaqələrini davam etdirdikləri məlumdur. Məktublarında hamiləliyindən, Dieqo Rivera ilə davam etdirdiyi fırtınalı münasibətindən və sənətindən bəhs edən Frida Kahlo məktublarının birində "Ümid ağacı" (Tree of Hope) adını verdiyi və 1946-cı ildə çəkdiyi tablodan da bəhs edir.

Frida Kahlo məktubların çoxunda Bartoliyə "Ümid ağacı" (Tree of Hope) deyə xitab edir. Rəssam qadın Dieqo Riveraya çox bağlı olmasına rəğmən, məktublarında da yazdığı kimi, Bartolinin ona "daha əvvəl dadmadığı bambaşqa bir sevgi yaşatdığını"ndan bəhs edir.

Qeyd edək ki, Kahlonun Bartoliyə duyduğu sevginin sənətinə necə yansıdığının izlərini daşıyan 1946 və 1949 illəri arasında yazdığı məktublar aprelin 15-də Doyl Nyu Yorkda hərraca çıxarılacaq.

Tarix
2015.04.11 / 08:15
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

Prezident qurultay iştirakçılarına müraciət ünvanladı

Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...

Mehdiyev işi: Abbas Abbasov axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla