Yuxarı

Adı “Qızıl kitab”a düşən istedadlar konsert verir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adı “Qızıl kitab”a düşən istedadlar konsert verir

Aprelin 14-dən 15-nə kimi Quba şəhərində Prezident təqaüdçülərinin konserti keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu konsert istedadlı gənclərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərman imzalanıb.

Bu Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Tarix
2015.04.14 / 19:01
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

Azərbaycan-Türkmənistan əməkdaşlığı... - Depuat

Prezidentlərin Şuşa gəzintisindən - Video

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla