Yuxarı

Rzayevin oğlu dünyanı fəth edir – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rzayevin oğlu dünyanı fəth edir – Video

Axar.az La Skala Akademiyasında təhsil alan ilk azərbaycanlı opera ifaçısı, xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə ilə müsahibəni təqdim edir.

– La Skalada təhsil almaq baxımından birinci azərbaycanlı olmaq necə duyğudur?

– Təbii ki, La Skalada təhsil almaq hər opera ifaçısının arzusudur. Buna nail olduğum üçün çox sevinirəm. Mənə inanan və dəstək olan insanlara öz təşəkkürümü bildirirəm.

– Təhsilinizi bitirdikdən sonra da orda qalmaq fikriniz var?

– Təhsilimi bitirdikdən sonra burda qalıb özümü daha da inkişaf etdirmək və dünya arenasında öz ölkəmi təmsil etmək arzusundayam.

– İtaliyada konsertlərdə, festivallarda Azərbaycanı lazımınca təmsil etdiyinizi düşünürsünüzmü?

– Çıxışlarım konsert ve opera şəklində olur. Son çıxışım La Skala teatrında olub. Bu səhnə bir neçə il öncə mənim üçün yuxu kimi idi, amma indi həmin səhnəni dünya şöhrətli opera ifaçıları ilə bölüşürəm və sevinirəm ki, bu tamaşalarda dünya ifaçıları sırasında mənim də adım yazılır.

– Azərbaycan musiqisi orada necə qarşılanır?

– Azərbaycan musiqisinin özünəməxsus zənginliyi var, öz musiqimizi həmişə böyük sevgi və məmnuniyyətlə ifa edirəm, hər ifamdan sonra isə insanların alqışından anlamaq olur ki, musiqimizin dünya səhnəsində öz yeri var.

– Azərbaycan şou-biznesində adınız hallanmır, bunu nə ilə əlaqələndirirsiniz?

– Mən opera ifaçısıyam, şou-bizneslə nə əlaqəm ola bilər?

– Daha çox klassik musiqiyə üstünlük verirsiniz, ya?..

– Bəli, daha çox klassik dünya musiqilərini ifa edirəm, amma ilk fürsətdə çalışıram Azərbaycan musiqisi ifa edim, çünki bu musiqi, həqiqətən, çox zəngin və özünəməxsusdur.

– Vokal səsiniz olduğunu nə vaxt kəşf etdiniz?

– Uşaqlıqdan. Opera ifaçısı olmaq həmişə arzum olub, sadəcə olaraq, öz vaxtımı gözləyirdim.

– Qarşıda sənətlə bağlı hansı planlarınız var?

– Qarşıda məni yeni operalarda yeni çıxışlar gözləyir.

Tarix
2015.04.16 / 08:15
Müəllif
Nigar An
Digər xəbərlər

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla