Yuxarı

Onu Atatürk özü çağırmışdı – Böyük azərbaycanlı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-də türk dünyasında böyük rəğbət qazanmış möhtəşəm şəxsiyyətin doğum günüdür. Təəssüf ki, filoloq-alimlər istisna olunmaqla ölkəmizdə Azərbaycanın bu dəyərli oğlunu hələ də az tanıyırlar. Türkiyədə isə onun adı kifayət qədər məşhurdur - Əhməd Cəfəroğlu!

 

Axar.az bildirir ki, Əhməd Cəfəroğlu ötən əsrin 30-cu illərinin əvvəllərindən etibarən Türkiyənin elmi həyatında fəal rol oynayıb, Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1932-ci ildə təşkil edilən Türk Dil Qurumunun yaradıcılarından biri və ömrünün sonuna qədər bu qurumun həqiqi üzvü olub, onun işində yaxından iştirak edib. Vəfatından 40 il keçsə də bu gün də Türkiyə universitet mühitində İstanbul Universitetində 30 ilə yaxın Türk dili tarixi kafedrasının müdiri olmuş professor Ə.Cəfəroğlu haqqında bir-birindən maraqlı tarixçələr dolaşmaqdadır. Türkiyə türkoloqlarının böyük əksəriyyəti fəxrlə onu öz müəllimi, ustadı adlandırır. Onun ikicildlik "Türk dilinin tarixi" əsərindən ölkənin bütün universitetlərində dərs vəsaiti kimi istifadə olunur.

 

Əsaslı Avropa elmi məktəbi keçmiş Əhməd Cəfəroğlunu Qərbdə də yaxşı tanıyır və ona böyük ehtiramla yanaşırlar. 39-50-ci illərdə o, Polşa Elmlər Akademiyasının müxbir üzvü, Macarıstanın Beynəlxalq Dilçilik Cəmiyyətinin, Beynəlxalq Dialektologiya Mərkəzinin və Ural-Altay Cəmiyyətinin, Argentinanın Beynəlxalq Tural Cəmiyyətinin fəxri üzvü, Beynəlxalq Onomastika Cəmiyyətinin həqiqi üzvü seçilib. İspaniya hökuməti isə azərbaycanlı alimin xidmətlərini 1955-ci ildə onu "De Alfonso El Sabio" ordeni ilə təltif etməklə qiymətləndirib.

 

XX əsrin dünya şöhrətli türkoloq – alimi və onun 1932-1934 və 1954-cü illərdə nəşr etdiyi "Azərbaycan yurd bilgisi" məcmuəsi barədə ilk dəfə monoqrafik səpkidə geniş söhbət açan filologiya üzrə fəlsəfə doktoru, publisist Şəlalə Həsənova olub.

 

Tədqiqatçının İlk dəfə 1995-ci ildə kiril əlifbası ilə nəşr olunmuş "Mühacirət irsimizdən səhifələr" kitabı Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə "Ən yaxşı elmi-tədqiqat əsəri" nominasiyasında "Humay-96" mükafatı ilə təltif olunub.

 

Görkəmli ədəbiyyatşünas professor Vilayət Quliyev həmin nəşrə yazdığı "Gedənlərin qayıtması" başlıqlı ön sözdə göstərir ki, "Şəlalə Həsənovanın mühacir ədəbiyyatımızın ən sanballı nümunələrindən biri olan "Azərbaycan yurd bilgisi" jurnalı və onun naşir-redaktoru professor Əhməd Cəfəroğlu haqqında yazdığı bu maraqlı kitab yaxın tarixi keçmişimizin daha bir qaranlıq dövrünə işıq salır, xalqımızın böyük oğlunu yenidən milli mədəniyyət xəzinəmizə qaytarır".

 

Bu yaxınlarda isə monoqrafiyanın təkrar və əlavələr edilmiş nəşri "Mühacirət irsimizin "Yurd Bilgisi" adlı kitabda "Letterpress" nəşriyyat evində çap olunub. Kitabın yeni nəşrinə "Elmi təravətini itirməyən əsər" adlı ön söz yazmış AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov kitabın 20 ildən sonra təkrar nəşrinə böyük ehtiyac olduğunu xüsusi vurğulayıb.

 

Azərbaycan siyasi mühacirətinin Məmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Xəlilbəy Xasməmmədli, Əli Xəzərli, Məmməd Əlizadə, Mustafa Vəkilli, Nağı Şeyxzamanlı, Şəfibəy Rüstəmbəyli, Səlim Rafiq, Mirzəbala Məmmədzadə və b. nümayəndələri jurnalın fəal müəllifləri idilər. Tanınmış türk alimlərindən Mehmet Fuat Köprülüzadə, Əbdülbaqi Gölpinarlı, Sadəddin Nühəvət, Mahmud Raqib Keşəmihalzadə, Mehmet Şərafəddin, Xəlil Nemətullah, Adnan Cahid və başqaları bu məcmuəyə ciddi elmi-filoloji nəşrlərdən biri kimi yanaşırdılar.

 

Əsərin oxucuları bu cür görkəmli şəxsiyyətlərin sanballı məqalələrinin dərin təhlili ilə tanış ola biləcəklər. Kitabın mündəricatını təşkil edən Milli folklorumuzun və "Kitabi-Dədə Qorqud"un öyrənilməsində birincilik, Azərbaycan aşıq ədəbiyyatı haqqında araşdırmalar, Azərbaycan dastanlarının təhlili, Folklor abidələrinin linqvistik və etimoloji təhlili, Ərəbdilli qaynaqlarda azərbaycanlıların yüksək mənəvi keyfiyyətlərinin tərənnümü, Ümumtürk folklorunun müqayisəli tədqiqi, etnoqrafik araşdırmalar, XIX əsr Azərbaycan ədəbiyyatına ümumi baxış, Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsi, Məhəmməd Əli Rəsulzadənin Qətran Təbrizi, Məhsəti, Nizami haqqında tədqiqatları, Məmməd Əmin Rəsulzadənin Şirvanlı Xaqani, Nizami haqqında tədqiqatları, Azərbaycan klassikləri Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Qasimi, Mirzə Fətəli Axundov haqqında yeni faktlar, Məlikbəy Avçı, Siraci, Əhdi Bağdadlı, Sam Mirzə, Ərşi kimi naməlum və unudulmuş ədəbi şəxsiyyətlər barədə eksklyuziv elmi tapıntılar adlı fəsillərdə "Azərbaycan Yurd Bilgisi" məcmuəsinin zəngin elmi irs kimi verdiyi töhfələr müəyyənləşdirilib.

 

Bu kimi milli-mənəvi fikir xəzinələrimizim dərindən öyrənilməsinə gənc tədqiqatçıları çağıraraq, fikrimizi Əhməd Cəfəroğlunun müdrik kəlamı ilə çatdırırıq: "Öz-özünü birbaşa tədqiq etməyən millətlər başqa millətlərin etnoqrafik tədqiqat mövzusundan başqa bir şey olmayıb".

Tarix
2015.04.18 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla