Yuxarı

Məşhur sənətçidən Bakıya dəstək: Onlar dastan yazır!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur sənətçidən Bakıya dəstək: Onlar dastan yazır!

Azərbaycan demək, Türkiyə deməkdir mənim üçün, bizim üçün. Azərbaycan xalqı bizim öz xalqımızdır, özümüzdür. Biz eyni duyğuları paylaşırıq, eyni millətik və bundan qürur duyuruq.

Kult.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur sənətçisi Orxan Gəncəbay Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinə Azərbaycanın haqq mübarizəsindən danışarkən deyib. Sənətçi Azərbaycanın yanında olduğunu ifadə edib:

"Biz tarix boyu bərabər olmuşuq. Azərbaycana illərdir edilən haqsızlığı yaxından izləyirik. Onun torpaqlarını, vətənlərini bölmək, işğal etmək kimi hərəkətlər hamımızı çox narahat edib. İndi azərbaycanlı canlarımız, qardaşlarımız bu haqsızlığa qarşı uğurla mübarizə aparırlar və torpaqlarını azad edirlər. Biz bununla qürur duyuruq. Ermənistanın etdiyi yanlışlıqları təəssüf ki, dünya bilsə də, səsini çıxarmır. Şübhəsiz, bunların hamısı siyasi səbəblərdən olur. Ancaq Azərbaycan xalqı haqlıdır və bu haqqını sonuna qədər müdafiə edəcək".

Orxan Gəncəbay Azərbaycan Ordusuna da dəstəyini dilə gətirib:

"Aslanlarımıza deyirəm ki, özlərinə diqqət etsinlər. Onlar dastan yazır. Savaş meydanında möhtəşəmdirlər. Kaş ki, sülhlə olardı bütün bunlar, ancaq demək ki, artıq belə gərəkir. Onlar gərəkəni layiqli bir formada edirlər. Hamısının gözlərindən öpürəm, bağrıma basıram, hamısı bizim övladlarımızdır, canlarımız, aslanlarımız..."

Sənətçi Azərbaycanın qələbə qazanacağına inandığını bildirib:

"İnşallah, bütün bunlar bitəcək və hər şey çox yaxşı olacaq, Azərbaycanın lehinə olacaq. Azərbaycan xalqına ən dərin hörmətlərimi və sevgilərimi çatdırıram".

Tarix
2020.10.22 / 10:19
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla