Axar.az
Yuxarı

Prezidentin sensasion cavabı: Jurnalist niyə geri çəkildi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin 27 sentyabrdan – Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasından sonra xarici təbliğat və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dayanmadan çalışması göz önündədir.

Prezident demək olar ki, hər gün ən azı bir və yaxud iki nüfuzlu beynəlxalq media qurumuna geniş müsahibələr verir və bu müsahibələr düşmən tərəf də daxil olmaqla, xaricdə çox ciddi reaksiyalarla müşahidə olunur. Bir çox ölkədə bu müsahibələrin dərhal şərh edilməsi göstərir ki, İlham Əliyev təbliğatın da önündə gedir, bütün siyasi, diplomatik istiqamətlərdəki uğurlara birbaşa rəhbərlik edir.

Prezidentin indiyəqədərki onlarla müsahibəsi içərisində “Foks Nyus”a müsahibəsi xüsusilə seçilirdi. Tamamilə fərqli söhbət idi və doğrusu, jurnalist bir çox hallarda peşə etikasından kənara da çıxırdı - müsahibinin sözünü kəsmək, ona fikirlərini ifadə etməyə imkan verməmək, eyni zamanda, sualları xüsusi ittiham səviyyəsində qoymaqla.

Bu müsahibə sanki rəqiblə debat idi – faktiki olaraq ABŞ jurnalisti erməni lobbisinin güclü təsirində olduğunu birbaşa etiraf etməklə, Prezident İlham Əliyevə opponentlik etməyi qarşısına məqsəd qoymuşdu – nəinki müsahibin fikirlərini öyrənməyi!

Ancaq “Foks Nyus”un peşəkar və yaşlı jurnalisti bir neçə məqamı nəzərə almamışdı:

1. Prezident İlham Əliyevin ilk reaksiyası artıq “1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz” sualının cavabında özünü göstərdi. Prezident “Birincisi…” deyərək, fikirlərini ifadə etməyə başladı. Jurnalist isə dərhal müdaxilə edərək, “Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi” sözləri ilə qarşı tərəfə “imkan tanımaq” istəmədiyini nümayiş etdirdi.

Prezident İlham Əliyev isə “İkincisi…” deyərək, jurnalistin növbəti sualına cavabı gecikdirdi və yuxarıdakı fikrini davam etdirdi.

“Eşitməzdən gəlmək” deyildi, çünki Prezident sözügedən suala da cavab verdi. Sadəcə, jurnalistə etik xatırlatma idi: sualının cavabını gözlə!

2. Jurnalist “Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “Nyu York Tayms”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə - Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür” sualının qoyuluşu da media prinsiplərinə uyğun deyil. Jurnalist ittihamlara münasibət soruşmur, “artıq təsdiq olunmuş fakta” görə ittiham edirdi.

Cavab isə “Foks Nyus” əməkdaşı üçün qəti arzulanan olmadı. Prezident bunu feyk xəbər adlandırdı, dəlil olmadığını bildirdi.

Jurnalist “Dəlil “Nyu York Tayms”dadır. Sizi beş gün əvvəlki məqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər” dedi.

Tam səmimi olaraq etiraf edirəm: Prezidentin cavabı - sözün bütün mənalarında peşəkar media işçilərinin gözləmədiyi möhtəşəm cavab idi:

“Siz Prezident Trampın “Nyu York Tayms”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur”.

ABŞ-ın məşhur dərgisini ABŞ Prezidentinin məşhur sözləri ilə darmadağın etməyi ancaq İlham Əliyev bacarardı.

3. Təsadüfi deyil ki, bunun ardınca jurnalist artıq qarşısındakına jest etməyin vacibliyi hiss etdi. Onun “Maraqlıdır, Sizin yüz min əsgəriniz var. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır?” sualı artıq jurnalistin İlham Əliyevin intellekti ilə hesablaşması idi.

Bu suala qədər “hücum mövqeyindən” geri çəkilən jurnalistin balanslaşdırılmış suallarla söhbətə davam etdirəcəyi gözlənilirdi. Ancaq jurnalist daha bir “hücum” düşünürmüş.

4. Yox, burada korrupsiya və yaxud ölkə daxilindəki iqtisadi problemlərdən yayınmaq üçün savaşın başlaması barədə sualları qeyd etməyəcəyik. Bunlar standart suallardır və verilməli, cavabı da alınmalı idi.

Əsas məsələ “ailə idarəçiliyi” məsələsi idi.

Prezidentin cavabına baxın: “Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi - ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir”.

5. Jurnalist qəti təslim olmaq istəmədi və dərhal, amma bu dəfə doğrudan da qətiyyən məqbul olmayan replikaya keçdi: “Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər...”

Cavab belə olmalıydı: “Necə olur, ABŞ-da olanda “şəffaf və demokratik şəkildə seçilirlər”, amma Azərbaycanda olanda “ailə idarəçiliyi” sayılır?”

Hə, səmimi deyirəm ki, belə cavab gözləyirdim və yəqin ki, hamı bu cür düşünürdü.

Ancaq İlham Əliyev… Jurnalistin “Onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər...” replikasını bu sözlərlə darmadağın etdi:

- Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş!

Bu, artıq final idi; bu, “Foks Nyus” jurnalistinin növbəti hücumuna qarşı elə bir əks-hücum idi ki, onun qarşısını almaq mümkün deyildi.

Əlbəttə, qarşıda Nikol Paşinyan yox, “Foks Nyus” kimi media qurumunun intellektli jurnalisti idi. Ona görə də bu zərbəni alan kimi dərhal “əllərini qaldırdı” – böyük bir etika ilə uduzduğunu etiraf etdi:

- Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident!

Bir daha təkrar edirik ki, qarşındakının böyük intellekti qarşısında geri çəkilməyin özü yüksək intellektin təzahürüdür – artıq cığallıq işə yaramır. Təsadüfü deyil ki, jurnalist böyük təəssüratla müsahibəni yekunlaşdırdı və bu söhbətin ABŞ ictimaiyyətində ciddi iz buraxacağını heç də sözgəlişi demədi…

Tarix
2020.10.26 / 21:02
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin Qarabağdan apardığı qapı...

Kəlbəcər müharibə yolu ilə alınsaydı...

Tağıyevin heykəli martda qoyulmalı idi, ancaq... - Açıqlama

Babək Niftəliyev artıq Kəlbəcərdədir

AMEA-dan işdən qovduğu direktorla bağlı – Şok bəyanat

Ən yaxşı snayper... Şəhid Cavid

Gürcülər Kamal Abdulla üçün yubiley konfransı təşkil etdi

Ermənilərdən daha bir saxtakarlıq - Fotofakt

Nə Naqasakidir, nə Çernobıl, Qarabağdır - Video

Qazi oğlu olan Şəhid Çilingir...

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla