Yuxarı

Ermənilərin “dəhşət saçan” yeni TƏZKK silahı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin “dəhşət saçan” yeni TƏZKK silahı – Foto

Qarabağdakı separatçıbaşının köməkçisi Rudik Usnunts kartof soyarkən çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.

Açığı, təəccübləndim, dedim, burnunun dibində müharibə gedir, bu adam əbləhcəsinə şüşə qəfəsində oturub kartof soyur. Əvvəl elə bildim, bu, ermənilərin təzə planıdır: Qarabağın əldən çıxdığını görüb, bütün dünyaya elan edəcəklər ki, bəs, kartofun vətəni Ermənistandır.

Amma uzun müddət araşdırma aparandan sonra məlum oldu ki, Rudikin məqsədi tam başqadır. Belə ki, cəbhədə xeyli sayda texnika itirən düşmən artıq kartofdan silah düzəltməyə hazırlaşır. Son məlumatlara görə, Rudik kartofları soyub qurtarandan sonra bunu erməni əsgərlərə verəcək, onlar da bu kartofları mancanaqlar vasitəsilə ataraq, Ordumuzun mövqelərinə ağır zərbələr endirəcəklər və daha sonra Ovannisyan demiş, “taktiki olaraq” geri çəkiləcəklər.

Ermənilər deyirlər ki, Rudik niyə döyüşə getmir?

Düzü, mən Rudikin 18 yaşlı erməni əsgərləri səngərə göndərib qırdırmasını başa düşürəm. Axı o özü mətbəxdə çox ağır bir vəzifəni yerinə yetirir.

Bəli, bu dəhşətli sirri açıqlamalıyam: Ermənistan Rudikin timsalında dünyanı şoka salan silah – Tank Əleyhinə Zenit Kartof Kompleksləri (TƏZKK) hazırlayır.

Aldığım son məlumata görə, erməni ordusu öz arsenalına Özüyeriyən Qonşusuduran Çuğundur haubitsaları, Badımcan Qızartması Yayılım Atəşli Reaktiv Sistemi, Üçbacı Minaatan Turşusatan mərmiləri, Mayonezini Bol Elə qumbaratanlarını daxil edəcək.

Açığı, qorxuram, bunlar sabah keşniş-şüyüd tərkibli nüvə başlıqlı artilleriya qurğusu da istehsal edərlər.

Ermənidir də, nə desən, gözləmək olar...

Tarix
2020.10.28 / 10:55
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla