Yuxarı

“Qara bağ”ın təqdimatı olacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-i saat 19:00-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında gənc rejissor Amil Məmiyevin "Qara bağ", Ayşad Səfərəliyevin "İnikas" qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.

Amil Məmiyevin Axar.az-a verdiyi məlumata görə, həmin filmlər Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan hər iki gəncin diplom işləri kimi istehsal edilib.

"Qara bağ" filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

"İnikas" filminin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, "İnikas" filmi "IV Qırğızıstan - Qısametrajlı Filmlər Ölkəsi" Beynəlxalq Film Festivalında "Münsiflər heyətinin xüsusi mükafatı"na layiq görülüb.

Tarix
2015.05.06 / 02:00
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla