Yuxarı

Nazir “Dərs”ə gəldi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Nizami Kino Mərkəzində "Dərs" bədii filminin təqdimatı olub.

Axar.az xəbər verir ki, filmin təqdimatından öncə media işçiləri üçün mətbuat konfransı keçirilib.

Konfransda Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, filmin quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, filmdə baba rolunu oynayan naşir, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, filmin baş rol ifaçıları olan məktəblilər iştirak ediblər. Eyni zamanda təqdimat mərasimində AYB sədri yazıçı Anar, Çingiz Abdullayev, şair və filmin redaktoru Ramiz Rövşən, xalq artisti Fuad Poladov, rejissor Eldar Quliyev və başqa kino adamları, aktyor və rejissorlar iştirak ediblər.

Film haqqında məlumat verərkən uzun illər fasilədən sonra uşaqlar üçün çəkilmiş filmin məktəb həyatından bəhs etdiyini bildiriblər. Vurğulanıb ki, hər iki rejissorun bədii filmdə ilk debütüdür. Filmdə çox az professional aktyor rol alıb, çəkilən 24 nəfər uşaq Bakının 200-dək məktəbindən 6, 7 və 8-ci sinif şagirdləri içərisindən seçilib. Bakıda, Şəkidə və Qaxda aparılan filmin çəkilişləri üç ayadək davam etsə də, bir ilə tamamlanıb.

Sonra filmin təqdimat mərasimi olub. Səhnəyə dəvət edilən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev illər sonra çəkilən bu uşaq filminin Azərbaycan kinosu tarixində yeni bir hadisəyə çevriləcəyinə ümid etdiyini bildirib: "İllərdir ki, ölkəmizdə uşaq filmi çəkilmirdi. Biz qərara aldıq ki, müasir Azərbaycan məktəblisinin həyatını, aldığı təhsili, dünyagörüşünü, onların daxili dünyası və tərbiyə edilməsi kimi məsələləri özündə əks etdirən bir film ərsəyə gətirək. Bu işi də görkəmli rejissorumuz Rafiq Əliyev və Cavid bəyə tapşırdıq. Nəticə ilə bir azdan hamımız tanış olacağıq. Film uğurlu olarsa, bəyənilərsə, yay tətillərində uşaqlara göstərilməsi üçün regionlara göndəriləcək".

Daha sonra səhnəyə filmdə rol alan məktəblilər dəvət edilib. Baş rollarda çəkilən məktəblilər çıxış edərək tamaşaçılarla öz təəssüratlarını bölüşüblər. Kastinqdə iştirak edərkən seçiləcəklərinə əmin olmadıqlarını vurğulayıblar. Məktəblilər öz növbələrində səhnəyə filmin yaradıcı heyətini dəvət ediblər. Təqdimatda çıxış edən rejissorlardan biri Rafiq Əliyev filmin ərsəyə gəlməsində göstərdiyi yardıma görə Mədəniyyət və Turizm Nazirliyinə, xüsusilə nazir Əbülfəs Qarayevə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına, rəhbəri Müşfiq Hətəmova, filmin yaradıcı heyətinə və məktəblilərə təşəkkürünü bildirib. Rejissor uşaqlarla işləməyin çətin, amma maraqlı olduğunu vurğulayıb. Səhnəyə filmin ssenari müəlliflərindən biri Anastasiya Volkovanı dəvət edərək ona təşəkkür edib.

Xatırladaq ki, filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər.

Tarix
2015.05.08 / 11:10
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla