Yuxarı

Qarabağda yüzlərlə epiqrafik məzar daşları qalıb - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta əsrlər dövrü Azərbaycan tarixinin öyrənilməsində epiqrafik abidələrin mühüm yeri vardır. Xalq bir çox tarixi əhvalatları daş lövhələrə yazmaqla, abidələrin üzərində kitabələr həkk etməklə, bir sıra ictimai-iqtisadi problemlərə, mədəniyyət tarixinə aid çox zəngin və qiymətli salnamələr qoyub gediblər.

Kult.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Anar Ağalarzadə özünün məqaləsində qeyd edib.

Məqalədə qeyd olunub ki, bütün orta əsrlər boyu Şərq dünyasını Avropa ilə birləşdirən karvan ticarət yolları məhz Azərbaycandan keçirdi. O zaman bu yolların üzərində tikilmiş karvansaralar və ictimai-dini binalar zəmanəmizə qədər gəlib çatıb.

Onların üzərindəki epiqrafik yazılar memarlıq abidələrinin nə vaxt tikildiyini, bu və ya başqa tikinti komplekslərinin ölkənin ictimai-siyasi həyatında nə kimi rola malik olduğunu, karvan ticarət yollarının hansı dövrdə daha da qaynar həyat keçirdiyini araşdırmaqdan ötrü ən dəqiq informasiya verən ilk mənbə hesab edilir.

Bu sıradan Azərbaycanın ayrılmaz tarixi parçası olan Qarabağ və Zəngəzur diyarının epiqrafik abidələri vətən tariximizin öyrənilməsi üçün yüksək əhəmiyyətə malikdir. Qarabağda islam dövrü epiqrafik abidələri məhz məscid və türbələr üzərindəki kitabələrdə, məzar daşları üzərindəki epitafiyalarda əks olunur.

Sayı kifayət qədər olan və islam dövrü dini-ideoloji mərkəzləri hesab edilən bu tarixi abidələrin bir çoxunda tədqiqatlar aparılmaqla onların mümkün məqsədləri üzə çıxarılıb.

XX əsrin 60-70-ci illərində Azərbaycanın tanınmış epiqraf alimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Məşədixanım Nemətovanın Qarabağ və Zəngəzur mahalında apardığı epiqrafik elmi tədqiqatlar, regionun bir sıra tarixi məsələlərinin həllində müstəsna əhəmiyyətə malik olub.

Alimin, Qarabağ diyarında, Cəbrayıl rayonunun Şıxlar kəndindəki el arasında “Şıx Baba piri” adı ilə tanınan ziyarətgahda apardığı epiqrafik elmi araşdırmalarla aydın olmuşdur ki, türbənin içərisində böyük alim, əzəmətli şeyx, Şeyx Hüseynin oğlu Şeyx Əbdürrəhman dəfn edilib.

Bu pir, məhz elm adamlarını vaxtilə Avropa ölkələrini Yaxın Şərq ilə birləşdirən “Böyük İpək yolu” üzərində mövcud olmaqla intensiv həyat keçirmiş, mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən biri olan xanəgahda xalqımızın müqəddəs yer kimi qoruduğu tarixin izlərində elmin və mədəniyyətin sirlərini açmağa çağırır.

Şeyx Babanın məzar daşı üzərində farsca həkk edilmiş kitabədə deyilir:

“Bildim ki, mənim taleyim mənim təbiətimdir, o da çox üzü dönükdür”.

Tarix
2020.11.19 / 00:05
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla