Yuxarı

Ən yaxşı snayper... Şəhid Cavid

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 yaşında şəhadət şərbəti içmiş Cavid Hümbət oğlu Hüseynov!

1993-cü ilin 12-ci ayının 12-ci günündə Tovuzun Alakol kəndində doğulub. 2012-ci ilin birinci ayından 2013-cü ilin yeddinci ayınadək həqiqi hərbi xidmət keçib.

Cavid 2014-cü ildə müddətdən artıq hərbi qulluq keçmə ilə bağlı müvafiq qaydada yazılı müraciət edib, müraciəti qəbul olunub. Öz taleyini hərbi xidmətə bağlayan, hərb sənətini sevən və bu sevgisini peşəkarlıq müstəvisində parlaq şəkildə gerçəkləşdirən Cavid çoxsaylı sertifikatlar alıb.

Müxtəlif silahlardan sərrast atəş açması ilə seçilib Cavid. Cavid snayper təlimatçısı olub; dəfələrlə “Ən yaxşı snayper” fəxri fərmanı ilə təltif edilib.

Snayperçilik, sərrast atıcılıq Caviddə fitri istedad idi.

2019-cu ildə yenidən Belarusda hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.

Cavid Hüseynov 26 iyun 2018-ci ildə “Azərbaycan Ordusu-100 (1918-2018)” yubiley medalı ilə təltif edilib (Bu medal Azərbaycan Prezidenti adından müdafiə naziri tərəfindən təqdim olunur).

“Biz bir ölüb, min dirilərik” – Cavidin sevdiyi, məktublarında qeyd etdiyi kəlamdı…

Cavid qorxmaz, güclü Vətən oğullarından olub. Çox çətin təlimlərdən, məşqlərdən mətanətlə çıxmağı bacarıb Cavid. Təlimlərdə, məşqlərdə tər axıdan hərbçi yoldaşları ilə birgə işğalçılara qan uddura-uddura Qubadlı-Laçın istiqamətindək gedib çıxıb Cavid. Döyüşlərin birində yaralı tabor komandirini təhlükəli zonadan çıxartmaqla, necə deyərlər, adından söz etdirməyi bacaran Cavid özü sonrakı döyüşlərin birində düşmən mərmisindən ağır yaralınıb; döyüşçülər onu həkimə çatdırmaqçün çalışsa da, həyatını xilas etmək mümkün olmayıb – yolda canını tapşırıb...

Ailəsi ilə sonuncu dəfə Qubadlıda olarkən danışıbmış. “Şəhid olmasam qazi kimi gələcəm” deyirmiş igidimiz...

Mehmet Əmin Yurdaqul necə deyirdi? –

“Haydı yavrum! Mən səni bu gün üçün doğurdum,

Xəmirini igidlik duyğusuyla yoğurdum;

Türk övladı odur ki, yurdu olan torpağı

Ana namusu bilib yad ayağı basdırmaz;

Bu yabançı bayrağı

Azan səsi duyulan heç bir yerə asdırmaz.

Get, övladım, illərcə mən oğulsuz qalaram.

Bu yaralı bağrıma qara daşlar çalaram!

Haydı, oğlum, haydı get,

Ya qazi ol, ya şəhid!”

(“Ya qazi ol, ya şəhid”).

27 oktyabrda şəhid olub Cavid; 28 oktyabrda doğma Alakolda torpağa tapşırılıb.

Vətən müharibəsinin qəhrəman şəhidi olan Cavidin atası Hümbət Hüseynov özü I Qarabağ müharibəsinin qazisidir.

İki bacının tək qardaşı olan Cavid hələ subay idi.

Haqq dünyasında olanlar haqqında danışanda, yazanda “RUHU ŞAD OLSUN!” deyirik, yazırıq; şəhidlərin ölməzliyinə, ruhun əbədiliyinə inandığımız üçün, Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var:

SAĞ ƏLİNİ BAŞIMA ÇƏK,

ŞƏHİDİM!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.11.24 / 22:11
Müəllif
Kult.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla