Yuxarı

Kamal Abdulla İrek Zinnurovla görüşdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla İrek Zinnurovla görüşdü

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurovla görüşüb.

Kult.az xəbər verir ki, qonağı ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor iki ölkənin təhsil və mədəniyyət istiqamətindəki geniş əlaqələrindən danışıb.

Azərbaycanın multikultural ölkə olduğunu, xalqımızın tolerant dəyərlərlə yaşadığını vurğulayan Kamal Abdulla daha sonra rus dilinin Azərbaycandakı tədrisi haqqında fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycanda rus dili, Rusiyanın tarixi və mədəniyyətinə böyük maraq var. Rektor daha sonra 2017-ci ildən ADU-da fəaliyyət göstərən Rusiyaşünaslıq Elmi-Tədqiqat Laboratoriyası haqqında qonağa məlumat verib.

İrek Zinnurov qəbula görə təşəkkürünü bildirib. İki ölkə arasındakı diplomatik, iqtisadi, elmi-mədəni əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirən qonaq, öz səlahiyyətləri çərçivəsində qarşılıqlı əməkdaşlıqla bağlı bütün təkliflərə açıq olduğunu diqqətə çatdırıb.

İrek Zinnurov daha sonra ADU-da fəaliyyət göstərən Heydər Əliyev Lektoriyası ilə tanış olub.

Tarix
2021.01.15 / 17:58
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla