Yuxarı

Gəncəvi Qumda doğulub? - İranlı mirzənin saxtakarlığı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli Nizami Gəncəvinin harada anadan olması barədə bir çox müzakirələr aparılır. Dünya elminə və poeziyasına əvəzolunmaz töhfələr verən Nizami Gəncəvinin guya Qaxın Qum, İran alimlərinin iddiasına görə isə İranın Qum şəhərində anadan olması barədə fikirlər səslənir.

Bunu iddia edənlər də Hacı Lütf Əli bəy “Ataşkadah” bioqrafik əsərinə istinad edirlər. Nizami Gəncəvinin Qum şəhərində anadan olmasını iddia edən Hacı Lütf Əli bəy “İsgəndərnamə” əsərinin ikinci hissəsi olan “İqbalnamədə” şairin

Gəncə dənizində olsam da pünhan,

Yerim Qum şəhridir, yurdum Qohestan.

Təfrişdə Ta adlı bir kənd dayanıb,

Nizami ad-sanı ordan qazanıb! –

misrasını əlində əsas tutaraq dahi şairin Gəncədə anadan olmamasını yazır.

Bundan sonra da bu informasiyadan çıxış edərək XVIII əsrdən başlayaraq dünya şərqşünaslığı ilə yaxşı tanış olan insanlar İranı Nizaminin vətəni hesab etməyə başladılar. Lakin kimsə bu misranın orjinalını və Nizami Gəncəvinin əsərində belə bir sitatın olub-olmamasının ardınca düşmədi.

Birincisi, coğrafiyaya nəzər salsaq görərik ki, İran ərazisində Qohestan deyilən bir yer yoxdur. İkincisi isə Qum Nizami Gəncəvinin şəhər adlandırdığı kriteriyalara uyğun gəlmir. O zaman Qum balaca bir kənd idi. Qaxın Qum kəndi də o illərdə elə böyük bir yer deyildi və şəhər kimi onun barəsində heç bir məlumat yoxdur. Bunun üçün alim olmaq lazım deyil, eləcə coğrafi yerlər haqqında Quqlda axtarış aparmaq kifayət edər ki, məlumat əldə edə biləsiniz.

Uzun illər Nizami Gəncəvinin İran şairi olması bir çox şərqşünas alimlərin əsərində qeyd edilməyə başladı. Bu alimlər ən etibarlı mənbə olan Nizaminin orta əsr bioqraflarının hamısı, xüsusilə Aufi Sədidəddin (XIII əsr), Dövlətşah Səmərqəndinin (XV əsr) və s.) şairin bütün ömrü boyu yaşadığı və vəfat etdiyi Gəncənin doğulduğu şəhər olması barədə fikirlərini görməzdən gəldilər. Bu anlaşımazlıq uzun zaman çəkəcəkdi - XX əsrin birinci yarısında məşhur rus şərqşünası akademik Y.E.Bertels mövzunu araşdırmaq qərarına gəlməsəydi. Məhz o, Nizami Gəncəvinin bütün əsərlərini, xüsusilə “İsgəndərnamə”ni ciddi-ciddi tədqiq edib, sübut etdi ki, Hacı Lütf Əli bəyin iddia etdiyi kimi yuxarıda qeyd etdiyim “Qum şəhərindənəm” sətirləri Nizaminin həmin əsərinin digər əlyazmalarında, o cümlədən erkən köçürülən versiyalarında yoxdur, yəni bu sətirlər şairin “İsgəndərnamə” əsərinə ideoloji motivlərdən irəli gələrək təəssübkeş İran mirzələri tərəfindən əlavə olunub və açıq-aşkar saxtalaşdırmadır.

Akademik öz tədqiqat əsərində yazır: “Nizaminin ən qədim əlyazmalarında, 763-cü (1360-cı il) il tarixli hicriyə aid Parisdəki Milli Kitabxanda olan əlyazmalarında da bu sətir yoxdur”.

Onun ardınca akademik Y.Kraçkovski, akademik A.E.Krımski, Azərbaycan alimləri H.Araslı, C.Heyət, R.Əliyev və başqaları “İsgəndərnamə” əsərinin orjinallarını tədqiq edərək dahi şairin Azərbaycanın Gəncə şəhərində anadan olmasını sübut etdilər. Lakin həmin illər sovet elmi dünya miqyasına tam çıxmamışdı və II Dünya müharibəsinin başlaması, Qərb alimlərinin akademik Y.E.Bertelsin əsərlərinə çıxışının olmaması bu sübutun onlara çatmamasına səbəb yaratdığı üçün onlar Nizamini İran şairi kimi qələmə verməkdə davam etdilər. Lakin elmdə vicdanlı alimlər də var, İranda Nizami Gəncəvinin əsərlərinin üzünü köçürən zaman qəsdən saxtakarlıq edən və onun İranda anadan olmasını “təsdiqləyən” şəxslərdən fərqli olaraq, əsl elmi tədqiqat aparan İran ədəbiyyatşünaslarından V.Dəstgerdi haqlı olaraq Nizaminin Qumda anadan olmadığını, “İsgəndərnamə” əsərinin üzünün köçürülməsi zamanı Qumda anadan olması barədə fikirlərin sonradan mirzələr tərəfindən salındığını bildirir. Nizaminin ilk tədqiqatçısı V.Dəstgerdi göstərir ki, şairin əvvəlki nüsxələrində Qumla əlaqəli beyt olmayıb.

Nizaminin Qaxın Qum şəhərindən olması ilə bağlı versiyalara gəldikdə isə şairin yubileyi ərəfəsində görkəmli şərqşünaslar R.Əliyev və A.Sarovlu Azərbaycan hökuməti tərəfindən Qax rayonu Qum kəndinə məsələyə aydınlıq gətirmək üçün ezam olunurlar. Qayıdıb gəldikdən sonra onlardan hesabat tələb edəndə cavab bu olub ki, Qum kəndi kiçik bir kənddir və guya Nizaminin beytindəki “böyük şəhər Qum” bura ola bilməz.

Nizami Gəncəvi özü “Sirlər xəzinəsi” dastanının 179-cu səhifəsində konkret anadan olduğu yeri qeyd edir: "Mən Gəncədəyəm, indi İraq məndən uzaqdadır”.

“Qum şəhəri Qəhrestanı” məhəlləsinə gəldikdə isə bu onun əsərlərinin surətini köçürən şəxslərin artırmalarıdır. Çünki Nizami əsərlərinin ojrinal nüsxələrində belə bir şey yoxdur.

Konkret olaraq qeyd edək ki, Nizami əsərlərinin XVI əsrdə və sonralar köçürülmüş nüsxələrində “İsgəndərnamə”nin “İqbalnamə” hissəsinin bir yerində şairin Gəncədən danışan zaman fikrinin yarımçıq kəsilərək, Qumla bağlı dörd misra qəsdən artırılıb.

Tarix
2021.01.17 / 00:55
Müəllif
Zaur Əliyev
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla