Yuxarı

Salam Sarvan istefa xəbərinə aydınlıq gətirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salam Sarvan istefa xəbərinə aydınlıq gətirdi

"Sonradan düşündüm ki, bu, ciddi səhvdir".

Bu sözləri şair Salam Sarvan BSU Yaradıcılıq fakültəsindəki işindən çıxması ilə bağlı Axar.az-a danışarkən deyib:

"Düzü, təbiətimdəki tənbəllik, hövsələsizlik mənə ara-sıra problemlər yaradır. Bəzən hansısa işdən tez yoruluram. Və bəzən də şəxsi ovqatıma, daxili gərginliyimə uyğun emosional qərarlar qəbul edirəm. Yaradıcılıq fakültəsindəki işimdən yorulub çıxmağımla bağlı Feysbukdakı statusum da belə qərarlardan biri idi. Amma sonradan düşündüm ki, bu, ciddi səhvdir. Tələbələrimizi və dostlarımızı təəssüfləndirən səhvdir. Ən əsası, mənə həmişə hörmətlə yanaşmış, fakültəni mənə etibar eləmiş dostlarımıza qarşı səhvdir. Yəni təkcə öz ovqatını düşünəcək qədər eqoist olmaq olmaz. Dostları məyus eləmək olmaz. Qalıb işləmək lazımdır. Nə isə, Allah mənə ağıl versin".

Xatırladaq ki, bir neçə gün əvvəl Salam Sarvan BSU Yaradıcılıq fakültəsindəki işindən getməsilə bağlı status yazmış və bu status əsasında bəzi saytlar xəbər vermişdi.

Tarix
2015.06.02 / 17:28
Müəllif
Nigar An
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla