Yuxarı

Fizika üzrə aspiranturanı bitirib, bəstəkar olan Rəcəbov...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar incəsənət xadimi və əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovla Mədəniyyət Komitəsində görüşüb.

Kult.az xəbər verir ki, millət vəkili Oqtay Rəcəbovu 80 illik yubileyi münasibəti ilə təbrik edib.

“Sizi – görkəmli Azərbaycan bəstəkarı, pedaqoq və alimini 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirəm!

Siz pedaqoji elmlər doktoru, professorsuz, habelə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademikisiz. Hələ sovet dövründə nüfuzlu gənclik mükafatına layiq görülmüş, o cümlədən Müstəqil Azərbaycan Respublikasının “Tərəqqi” medalını almısız.

Siz Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika və istehsalatın əsasları fakültəsində (1958-1963), AMEA-nın Fizika İnstitutunun aspiranturasında təhsil almısız, eləcə də, Azərbaycan Dövlət Konservatoriyasını bitirmisiz (1969). Müxtəlif təhsil ocaqlarında fizika və musiqi fənnlərini tədris etmisiz, ayrı-ayrı elm-təhsil ocaqlarında çalışmış, önəmli vəzifələr daşımısız.

Əlbəttə, cəmiyyətimiz Sizi daha çox bəstəkar kimi, musiqişünas kimi tanıyır, sevir. Siz 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifisiz. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanız, 70 dərslik, dərs vəsaiti və proqramınız, 100-dən artıq məqaləniz gün üzü görüb.

Sizin uşaq mahnılarınız 6 topluda çap olunub; uşaq mahnılarınız, əsasən vətənpərvərlik mahnıları, flora və faunaya aid təbiət mahnıları, rəqəmlərə həsr olunmuş mahnılar, vurma cədvəlinə həsr olunmuş mahnılar, valideynlərə ad edilmiş mahnılardır. Göründüyü kimi, Siz ilk ixtisasınıza və müəllimlik peşənizə bəstəkar fəaliyyətinizdə də sadiq qalmış, necə deyərlər, sənət və elm sizin fəaliyyətinizdə qoşa qanad kimi təcalla edib.

Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş diləklərimizi yetirirəm” – millət vəkili qeyd edib.

Q.Paşayeva O.Rəcəbova Komitə adından təbrik məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Professor Oqtay Rəcəbov səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Tarix
2021.04.10 / 11:54
Müəllif
Kult.az
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla