Yuxarı

Həsənoğlunun yubileyi: millət vəkili təbrik etdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın xalq artisti, AzTV-nin “Sabah" Yaradıcılıq Studiyasının bədii rəhbəri Ramiz Həsənoğlu ilə Mədəniyyət Komitəsində görüşüb.

Kult.az xəbər verir ki, millət vəkili onu 75 illik yubileyi münasibəti ilə təbrik edib.

"Hörmətli Ramiz müəllim,

Siz – görkəmli teatr, kino və televiziya rejissorunu 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz 1946-cı ildə qədim Azərbaycan şəhəri İrəvanda doğulmusuz. Ananız Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan əməkdar artist Ətayə Əliyeva, atanız əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevin sənət dünyası qədim şəhərimizin ruhu ilə birgə sizin həyat yolunuza sirayət etmişdir. Siz Azərbaycanda və Rusiyada nüfuzlu ali sənət ocaqlarında təhsil almısız. 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində yaradıcı əmək fəaliyyətinə başlamısız, bir sıra teletamaşaları ekranlaşdırmısız.

Yüksək sənətkarlıqla quruluş verdiyiniz teletamaşalar “Qatarda”, “Topal Teymur”, “Günahsız Abdulla”, “Ac həriflər” və ilk Azərbaycan telemüzikli “Ordan-burdan” sizə geniş şöhrət qazandırıb.

Siz 200-dən artıq, müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş vermisiz. Eyni zamanda Musiqili Komediya Teatrında “Məzəli əhvalat” və Milli Akademik Dram Teatrında “Brüsseldən məktublar” tamaşalarına da quruluş vermisiz. 2007-ci ildə xalq yazıçısı Anarın ssenarisi əsasında çəkdiyiniz “Cavid ömrü” bədii, tammetrajlı filmi məşhurdur.

Azərbaycan televiziyasının “Sabah” eksperimental yaradıcılıq emalatxanasının uğurları sizin adınızla sıx bağlıdır. Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüsüz, iki ilə yaxın “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri olmusuz.

Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş diləklərimizi yetirirəm!” – millət vəkilinin xalq artistinə yazılı təbrikində bildirilib.

Q.Paşayeva R.Həsənoğluna Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

R.Həsənoğlu səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Tarix
2021.04.11 / 13:46
Müəllif
Kult.az
Digər xəbərlər

Kurenkov Bakıdan Moskvaya əliboş qayıtdı

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla