Yuxarı

Məşhur türk serialında xəritəmizlə bağlı yanlışlıq - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur türk serialında xəritəmizlə bağlı yanlışlıq - Foto

Türkiyədə yayımlanan "Akıncı" serialının 16-cı bölümündə Azərbaycan xəritəsi ilə bağlı yanlışlıq düzəldilib.

Kult.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə NTC - Media açıqlama yayıb. Açıqlamada qeyd edilir:

"Akıncı" serialının 16-cı bölümündə dünya ölkələrinin sərhədlərini öz maraqları naminə yenidən müəyyənləşdirməyə cəhd göstərən "Xəritəçilər" (Haritacılar) adlı qanunsuz bir təşkilata üzv olan serialın mənfi obrazı tərəfindən Türkiyə və onun qonşu ölkələrini göstərən qondarma xəritə göstərilmişdir".

Media qurumundan verilən məlumatda əlavə olaraq bildirilir ki, tamamilə uydurma bir təşkilat olan "Xəritəçilər" tərəfindən kadrlara salınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur:

"O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən, bir qondarma təşkilatın niyyətini göstərmək üçün qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilmişdir".

Xatırladaq ki, “Akıncı” serialının 16-cı bölümünün 41:27-ci saniyələrində kadrda xəritədə Azərbaycan ərazisi Ermənistan kimi təqdim edilmişdi. Bu yanlışlıq həm qardaş Türkiyədə, həm də ölkəmizdə sərt reaksiyalara səbəb olmuşdu.

“Akıncı” 2021-ci ilin yanvarın 1-dən Türkiyənin ATV telekanalında yayımlanır. Baş rollarda Şükrü Özyıldız, Büşra Dəvəli, Yıldıray Şahinlər və Tolqa Təkin yer alır. Hər bölüm 120 dəqiqə çəkir. Çəkilişlər İstanbulda həyata keçirilir.

“Akıncı”nın ilk 12 bölümünün rejissoru Vəli Çelik olub. Sonradan o, yaradıcı heyətdən ayrılıb. Onunla birlikdə ssenari müəllifi Hakan Kandal da gedib. Son bölümləri Ləvənt Türkan və Gökhan Ərkut çəkib. Hazırda serialın ssenari müəllifi Altuğ Küçükdür.

Tarix
2021.04.19 / 23:28
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla