Yuxarı

Numerologiyada 8 rəqəminin sehri nədir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Numerologiyada 8 rəqəminin sehri nədir?

8 may 1992-ci ildə Şuşa şəhəri işğal olundu, 8 noyabr 2020-ci ildə AZAD olundu....

Şuşanın taleyində 8 rəqəminin möcüzəsi nədir axı?

8 rəqəminə ilahi, "Rəbbin hədiyyəsi" də deyilir.

Numerologiyada 8 - bir hədəfi düzgün formalaşdırmaq və sonra ona çatmaq bacarığı deməkdir...

Bəli, biz 8-dən 8 dəfə nəticə çıxararaq, ŞUŞAya doğru hədəfimizi düzgün formalaşdırıb, ONU AZAD elədik!

Səkkiz sayının sehrli məna daşımasına, dunyanın üfüqi simvolunu təmsil etməsinə inanarlar. Yer kurəsini də səkkizguşəli düşünmüş və bütün kainatı nurlandıran Günəşi də elə səkkizşüalı təsəvvur etmişlər. Yəni Günəşin səkkiz şüası dünyanın səkkiz guşəsinə istilik, işıq paylayır.

Səkkiz sayı Azərbaycan mədəniyyəti və məfkurəsində ayrıca dəyər daşımaqdadır. Belə ki, Azərbaycan dövlətinin rəmzlərindən – gerb və bayrağındakı ulduz səkkizguşəlidir.

Azərbaycan Demokratik Respublikasının qurucuları tərəfindən düşünülmüş olaraq qəbul edilmiş bu səkkizguşəli gerb və bayraqdakı ulduz bilavasitə dunyanın səkkizguşəli olması ilə bağlı məsələdir. Mifoloji təsəvvürə görə, Tanrı göydə ilk, yəni Baş şamanı xəlq etdikdən sonra onun olacağının qarşısında səkkizbudaqlı bir ağac da bitirmişdir. Tanrı səkkiz səmtə uzanan bu ağaca da əbədiyaşarlıq bəxş etmişdir. Azərbaycan gerb və bayrağındakı ulduzu səkkizguşəli duşunənlər də, sözsuz, dünyanın səkkiz guşəsini bildirən "yıxılmaz", "solmaz", "əbədiyaşar" ağacı və səkkizşüalı Günəşin əlamətlərini simvol tək nəzərdə tutmuşlar.

Bəli, yıxılmaz-solmaz və əbədiyaşar 8 rəqəmi ŞUŞAnı sonsuza qədər Azərbaycanın ayrılmaz hissəsi elədi...

Bu 8 bizim Qələbəmizin rəqəmi oldu... Biz 8-lə başlayan işğalı 8-lə də bitirən Qələbə qazandıq...

Şuşa, sən artıq 8 guşədə, 8 cənnət qapısı qədər müqəddəssən bizə!

8 - sevginin rəqəmidir. Bizim sənə olan SEVGİMİZİN rəqəmidir, əziz ŞUŞA!

Tarix
2021.05.08 / 22:39
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla