Yuxarı

Mirzə Ələkbər Sabir ateist olub?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq müqəddəs Ramazan ayı başlayıb. Bu müqəddəs ay təkcə dini kitablarda deyil, bədii əsərlərdə də öz əksini tapıb. Böyük şairimiz Mirzə Ələkbər Sabirin "Tutdum orucu irəmazanda" misrası ilə başlayan şeiri bu baxımdan məşhurdur. Ancaq Sabirin "Harda müsəlman görürəm, qorxuram" misrası onun dini görüşləri ilə bağlı ziddiyyətli fikirlər yaradır.

Mövzu ilə əlaqədar tənqidçi Əsəd Cahangirə müraciət etdik. Əsəd Cahangir Sabirin dini görüşləri haqda bunları dedi:

"Sabir allahsız olmayıb. Əgər allahsız olsaydı, Allahın adlarından birini (Sabir) özünə təxəllüs götürməzdi. Bu təxəllüsə görə Mirzə Cəlil şairin ölümündən sonra yazdığı və onun xatirəsinə həsr etdiyi yazısında Sabiri tənqid etmiş, daha doğrusu, belə mübariz bir şairin özünə Sabir, yəni "səbr edən", "dözən" anlamı verən təxəllüs götürməsindən dolayı təəssüfləndiyini bildirmişdi. Əgər Sabir Allahsız olsaydı, "Daş qəlbli insanları neylərdin, ilahi, Bizdə bu soyuq qanları neylərdin, ilahi?" mətləli, Allaha müraciət üstündə qurulan məşhur şeirini yaza bilməzdi. Bu, Sabirdə, sadəcə, mexaniki olaraq işlədilən bir söz deyil, Allahın varlığına dərindən inanan bir adamın sidq-ürəkdən gələn xitabı olub. Şairin yaradıcılığında belə misalların sayını istənilən qədər artırmaq olar.

Sabir dinsiz də deyildi. Dinsiz olsaydı, elə səmimi bir şair nəyəsə görə bu şeiri yalandan yaza bilməzdi:

Əşhədü billahi-əliyyül əzim,

Sahibi imanəm, a şirvanlılar!

Yox yeni bir dinə yəqinim mənim,

Köhnə müsəlmanam, a şirvanlılar!

Amma təbiidir ki, Sabir dinə inamın şəriət mərhələsindən daha çox təriqət mərhələsində olan bir adam idi. Yəni onun din anlayışı hamının qəbul etdiyi, rəsmi, ortodoks din deyildi. O, dini də, Allahı da bütün yaradıcı və istedadlı adamlarda olduğu kimi özünəməxsus şəkildə qəbul edirdi. Onun din xadimlərinə neqativ münasibəti də burdan irəli gəlirdi. Din xadimləri onu dinə, Allaha münasibətdə öz məhdud ağılları çərçivəsinə salmaq istəyir, şair buna getmədikdə onu küfrdə ittiham edir, Sabir də öz növbəsində onların cəhalətini, fanatizmini, riyakarlığını kəskin tənqid edən şeirlər yazırdı. Odur ki, Allaha və mollaya, dinə və din xadiminə münasibət fərqli şeydir. Onları qarışdırmaq lazım deyil. Mollanı, axundu tənqid etmək nə Allahı, nə də dini tənqid etməkdir.

Sabirin dinə və Allaha belə münasibəti min illik ədəbi-fəlsəfi ənənəyə söykənirdi. Nəsimi də, Füzuli də, Seyid Əzim də belə düşünürdü. Və bu şəxslərin hamısının din xadimləri ilə bu və ya digər dərəcədə ideya toqquşması olub. Nəsimi buna görə edam edilib, Seyid Əzim qətlə yetirilib. Sabir nadan kütlə tərəfindən cismən, birbaşa öldürülməsə də, mənən günbəgün məhv edilib. Və finalda artıq özü könüllü olaraq ölümü qəbul edib:

"İstərəm ölməyi, leyk qaçır məndən əcəl,

Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkim"."

Tarix
2015.06.20 / 08:30
Müəllif
Nigar An
Digər xəbərlər

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı

Zakir Həsənov Afyoncu ilə görüşdü - Video

Rusiyadan deputatımızla bağlı açıqlama: Buna görə buraxılmadı

Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi

MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto

Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla