Yuxarı

Şuşada möhtəşəm törən: Ermənilər görün nələr yazır...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada “Xarıbülbül” festivalının başlaması və Prezident və Birinci vitse-prezidentin də bu festivalda birbaşa iştirak etmək üçün Şuşaya getməsi Ermənistanda rezonans doğurub.

Erməni sosial şəbəkə istifadəçiləri və mediası bu tezliklə Şuşada festival keçiriləcəyini düşünməyiblər və ona görə də təəccüblərini gizlədə bilmirlər.

Ən çox vurğu edilən isə Mehriban xanım Əliyevanın paylaşımlarıdır. Ermənilər bu paylaşımlara köklənib və onu şərh etməklə məşğuldurlar. Bu isə səbəbsiz deyil.

Hələ 2019-cu ilin 27 noyabrında Mehriban xanım Əliyeva bir status ilə Ermənistanda gündəm yaratmışdı. Mehriban xanım yazmışdı: "Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!

Bu paylaşımın əks-sədası o qədər geniş yayıldı ki, Ermənistan baş nazirinin arvadı Anna Akopyan guya buna “cavab” verməyi özünə “borc” bildi. Yazdı ki: "Mən bilirəm, o (Mehriban xanım) bunu təxminən hansı mənada yazıb. Və mən indi Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm və o bizim qonağımız ola bilər. Erməni xalqı və artsaxlılar (Qarabağ erməniləri nəzərdə tutulur – red.) qonağı necə qarşılamaq və hörmət göstərməyi yaxşı bilirlər”.

Anna Akopyanın bu istehzalı cavabından heç bir il də keçmədi, Mehriban xanımın yazdığı statusun bir ilində artıq Qarabağ və Şuşa düşməndən azad edilmişdi.

O statusun yazılmasından bir il sonra Prezident İlham Əliyevlə Mehriban xanım Əliyeva Paşinyanın sərxoş halda yallı getdiyi Cıdır düzündə mürəbbəli-şəkərburalı çay içirdi; o statusun yazılmasından il yarım keçməmiş isə məhz Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə Heydər Əliyev Fondu Şuşada “Xarıbülbül” musiqi festivalı keçirir...

Ermənilərin bugünkü xəbər, yazı və statusları hamısı buna köklənib və Mehriban Əliyevanın il yarım öncəki arzusunu necə reallaşdırmasının şokunu yaşayırlar.

“Etirazları” isə gülməli səviyyədə, isterikadan başqa bir şey deyil: “Xarıbülbül” festivalı heç də ənənəvi deyil, 1989-cu ildən keçirilməyə başlayıb”; “Bu festivalı xalq dinləməyəcək, çünki əhali hələ köçürülməyib, bu festivalı Azərbaycan əsgərləri, İlham Əliyevin mühafizəsi dinləyəcək...” və s.

Ta onu demirlər ki, ötən gecədən Azərbaycanın tanınmış simaları Şuşaya yola düşüb və iki gün çəkəcək festival bütün dünyaya səs salacaq!

Ta onu deyə bilməzlər ki, bu festival 30 ildir işğalda olan Qarabağın Səsidir; Azadlığa çıxan Şuşanın Tanrıya təşəkkürüdür.

Bütün zamanlama o qədər ideal seçilib ki... - Şuşanın işğal tarixi, Qələbə günü, üstəlik, Azərbaycanda və bütün müsəlman dünyasındakı müqəddəs bayram!

Azərbaycan Cıdır düzünə imanla qayıdır, bayramla dönür, öz müqəddəs bayramını Şuşada keçirir!

Azərbaycan bütün islam dünyasına bu pandemiya zamanı Mədəniyyət Paytaxtı elan etdiyi Şuşadan Ramazan təbrikini bu festivalla çatdırır!

Azərbaycan bununla həm də Şuşanın islam dünyasının Mədəniyyət Paytaxtı olduğunu elan edir!

...Di ermənilər, Mayakovski demişkən, alın aa, yana-yana qalın aa...

Tarix
2021.05.12 / 22:56
Müəllif
Turanə Məmmədli
Oxunub
71 424
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla