Texnologiyanın inkişafı nəticəsində bir çox suallara,
tarixin dərinliklərində toz basmış sirlərə cavab tapılsa da, bəşər
övladına hələ də müəmmalı qalan məsələlər var.
Axar.az elm və texnologiyanın hələ də çözə bilmədiyi 10
müəmmanı təqdim edir:
Moa quşu
Moa Yeni Zellandiyada yaşayan və 500 il öncə nəsli kəsilən
quşdur. Ekspedisiya heyəti qazıntılar apararkən bu quşun pəncəsini
tapıblar. Maraqlısı budur ki, pəncə çürüməyib və 500 il keçməsinə
baxmayaraq, sağlamdır.
Saksayuaman Məbəd Kompleksi
Peruda yerləşən sözügedən məbəd heç bir birləşdiricidən istifadə
olunmadan tikilib və daşlar bir-birinin üzərinə elə dəqiqliklə
yerləşdirilib ki, onların arasına heç kağız parçası salmaq da
mümkün deyil.
Günəş qapıları
Tiauanakoda yerləşən Günəş qapıları eramızdan əvvəl birinci
minillikdə böyük bir imperiyanın mərkəzi hesab olunub. Əfsanəyə
görə, ilk insanlar dünyaya bu darvazalardan daxil olub. İllərlə bu
qapıların özünəməxsus astroloji gücləri olduğuna inanılıb.
Lunyu Mağaraları
Bu Çin mağaraları insan əməyi nəticəsində meydana gələn süni
mağaralardır. Mağaranın divarları daşdan deyil, qumdandır.
Lakin mağaraların yaranmasında əməyi keçən insanlar və mağaranın
yaradılması prosesi haqda heç bir yazılı mənbə yoxdur.
Obelisk
Obelisk qayadan yonulan daş sütundur. Qədim Misirdə hazırlanmağa
başlanan bu məşhur sütunun ölçüləri dünya rekorduna malikdir.
Sualtı şəhər
Yaponiyada yerləşən böyük sualtı şəhəri təsadüfən dalğıc
Kixaçiro Aratake kəşf edib. Bu sualtı şəhər bütün elmi
nəzəriyyələri alt-üst edir. 10 min il əvvəl su altına qərq olan
şəhər hələ Misir ehramlarının tikilməsindən öncə salınıb.
Mohenco-Daro
Mohenco-Daro Pakistanın Sind əyaləti sərhədləri içində, İnd çayı
sahilində olan antik mədəniyyət ocağıdır. Mohenco-Daro "Ölülər
şəhəri" deməkdir. Bu qədim şəhər Pakistan dövləti yarandıqdan sonra
onun payına düşüb və hazırda Kəraçi şəhərindən 400 km şimaldadır.
Saysız-hesabsız yüzilliklər ərzində torpaq qatları altında qalmış
Mohenco-Daronun tapılması XX əsrin ən böyük arxeoloji kəşflərindən
biri kimi qiymətləndirilir.
Lanso Medous şəhərciyi
Bu şəhərcik Kanadada vikinqlər tərəfindən, təxminən, 1000 il
əvvəl salınıb. Bu o deməkdir ki, vikinqlər Xristofor Kolumbdan daha
əvvəl Amerikada olublar.
Daş dövrünün tunelləri
Böyük tunellər Şotlandiyadan Türkiyəyə qədər bütün Avropanı
əhatə edir. Bu tunellər qədim daş dövründən qalıb.
Kosta Rikanın top daşları
İlk dəfə XX əsrin 30-cu illərində kəşf olunan bu daşlar mükəmməl
quruluşa malikdir. Əfsanəyə görə, yerli əhali bu daşların içində
qızıl gizlədildiyinə inanır. Bu əfsanənin reallığını yoxlamaq üçün
daşları bölüb içinə baxıblar. Lakin qızıl tapılmayıb.