Yuxarı

Monro haqqında maraqlı - 20 fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Monro haqqında maraqlı - 20 fakt

XX əsrin ən məşhur kino ulduzlarından biri Merilin Monro ilə bağlı yeni faktlar üzə çıxıb.

Axar.az Merilin Monro haqqında bilinməyən 20 faktı təqdim edir:

Merilin Monro oynadığı filmlərdə nisbətən aşağı əmək haqqı alırdı. Ceyn Rassel ilə birlikdə baş rollarını paylaşdıqları "Kişilər sarışın sevər" filmində Merilin Rasseldən 10 qat aşağı əmək haqqı almışdı.

Aşağı qonorar aldığına baxmayaraq, öldüyü vaxt milyon dollarlıq bir film ulduzu idi.

Monro film cümlələrini əzbərləməkdə çətinlik çəkirdi. "Bəziləri isti sevir" filminin çəkilişləri əsnasında "Bu mənəm, Şəkər" cümləsini tam 60 dəfə təkrar etmək məcburiyyətində qalıb.

1953-ci ildə "Pleyboy" jurnalında ayın ilk "Svithart"ı seçilib.

Merilinin məzarı yaxınlarındakı məzarlar bir neçə dəfə auksiona çıxarılıb.

Haq Hefner məzarının Merilin Monronun məzarı yanında olmasını istəyib. O, 1992-ci ildə Monronun qəbirinə yaxın bir məzarı 50.000 avroya satın alıb.

Monro bir çox addan istifadə edib. Şəxsiyyət vəsiqəsindəki adı Norma Cin Mortenson olan Monro 4 dəfə ad dəyişdirib.

Anasının xəstəliyindən sonra 1 il yetimxanada qalıb.

Qoya ən sevdiyi rəssam idi.

Bir neçə dəfə it saxlayıb. Son itini Monroya Frank Sinatra hədiyyə edib.

1953-ci ildə Qərb Reklam Dərnəyi tərəfindən ''Dünyanın ən yaxşı reklam üzü'' seçilib.

Merilin Monro öz istehsal şirkətində ikinci qadın olub. Birinci isə Mari Pikford idi.

Yoldaşları onun öldürüldüyünü hesab edib. Potensial şübhəlilər arasında isə, C.F. Kennedi, mafiya Sam Qiansana, FBI və CIA göstərilirdi.

1951-ci ildə ən cazibədar kişi siyahısını hazırlayıb. Merilinin siyahısında Artur Miller və Albert Eynşteyn olub.

Dadlı yeməklər bişirərdi.

Çılpaq gəzməyi sevən Monro işçilərin qarşısına da tez-tez çılpaq çıxardı.

Yazarlar onu çox sevərdi. Jan Pol Sartrın yazdığı bir ssenaridə Freydin xəstəsi rolu onun üçün düşünülmüşdü. "Tiffanidə səhər yeməyi" filmi üçün də ilk düşünülən ad Monro olmuşdu.

İlk evliliyini hələ 16 yaşındaykən qonşusunun 21 yaşındakı oğlu Ceyms Doqteri ilə edib.

1972-ci ildə Merilin Monronun evini satın alan Veronika Hamel araşdırmalar zamanı evdə telefon dinləmə cihazı olduğunu iddia edib.

Bir evi olub. Monro 1962-ci ildə Brentvud ünvanındakı evində ölü tapılıb. Onun 32 yaşı vardı.

Tarix
2015.06.27 / 00:51
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan

DTX-nin saxladığı başçının köməkçisi danışdı

Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır

Zəngəzur dəhlizinin tərkib hissəsi olan Həkəri... - Video

Azərbaycanlıların gəlməsində heç bir problemi yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla