Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
8 İyul 2020


“Rus xalqı əzab çəkməkdən zövq alır”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük rus yazıçısı Fyodor Dostoyevski təkcə irihəcmli əsərlərinə görə deyil, həm də aforizmlərinə görə fəlsəfi fikir tarixində xüsusi yer tutur.

Axar.az Dostoyevskinin qələmindən çıxan hikmətli kəlamları təqdim edir:

1. Həyatı həyatın mənasından daha çox sevmək lazımdır.

2. Azadlıq özünü saxlamamaq deyil, idarə etməkdir.

3. Xoşbəxtlik xoşbəxtlikdə deyil, ona nail olmaqdadır.

4. Heç kim birinci addımı atmayacaq. Çünki hər kəs düşünür ki, hiss etdikləri qarşılıqlı deyil.

5. Rus xalqı əzab çəkməkdən zövq alır.

6. Mütaliəni dayandırmaq düşünməyi dayandırmaq deməkdir.

7. Komfortda xoşbəxtlik yoxdur. Xoşbəxtlik əzabla satın alınır.

8. İnsan ağıllıdır, amma ağıllı davranmaq üçün təkcə ağıl kifayət etmir.

9. Dostum, yadında saxla ki, susmaq yaxşıdır, təhlükəsiz və gözəldir.

10. Qəlb uşaqların yanında şəfa tapır.

11. Dünyanı gözəllik xilas edəcək.

12. Çoxları bilmir ki, uşaqlar hətta ən çətin vəziyyətdə belə ağıllı məsləhət verə bilərlər.

13. Heç olmasa, bir insanla özümlə danışdığım kimi hər şey haqda danışmaq istəyirəm.

14. Qucaqlamağı bacaran insan yaxşı insandır.

15. Həyat məqsədsiz məhv olur.

16. Hər bir işdə bir hədd var ki, onu keçmək təhlükəlidir; çünki bir dəfə o həddi keçəndən sonra geri qayıtmaq mümkün deyil.

17. Əsərləri uğur qazanmayan yazıçılar asanlıqla müvəffəqiyyətli tənqidçiyə çevrilirlər. Dadsız və zəif çaxır gözəl sirkəyə çevrilən kimi.

18. Əsil sevən ürəkdə ya qısqanclıq məhəbbəti öldürür, ya da məhəbbət qısqanclığı.

19. Bir insanı məhv etmək üçün çox şey tələb olunmur: sadəcə, ona məşğul olduğu işin faydasız olduğunu deyin.

20. Günəş şüasının bir zərrəsinin insan ruhuna göstərdiyi təsir inanılmazdır.

21. Əgər məqsədinə doğru getdiyin yolda hər ayağına ilişən daşa görə dayansan, o yolu gedib qurtara bilməyəcəksən.

22. Yaxşılıq etmək istəyən adam əlləri bağlı olsa da, sizə bu yaxşılığı edəcək.

23. Bəzən insanın qəddarlığını heyvanlarla müqayisə edirlər. Amma bu müqayisə heyvanlara edilən ədalətsizlikdir: heyvanlar heç vaxt artistcəsinə və zövq alaraq vəhşilik etmirlər.

24. Öz yaddaşınızı incikliklərlə yükləməyin, yoxsa orda xoş anlara yer qalmaz.

25. Necə də qəribədir. Sevdiyimiz insanın hər yalanında bir doğru, sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtarırıq.

Tarix
2015.07.04 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Koronadan xilas üçün bu ət lazımdır...

Bakıda koronadan daha dəhşətli virus...

TƏBİB koronaya yoluxmuş alimi nəzarətə götürdü

Nazarbayev Əkbər Qoşalını təltif etdi

Bakı ilə Ankara arasında birgə yayım olacaq

İlham Əliyev Əmir Pəhləvana ev bağışladı

Makuda Firdovsinin heykəli götürüldü - Video

Leyla Əliyeva təşəkkür etdi: Sizi sevirəm!

İrandan Azərbaycana qərəzli iddia: O da bizimdir!

AMEA-nın professoru və xanımı koronavirusa yoluxdu

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla