Yuxarı

"Maşa"nın "Cırtdan" bölümünü ermənilər sildirib? - Açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Maşa"nın "Cırtdan" bölümünü ermənilər sildirib? - Açıqlama

20:27

"Maşa və Ayı" cizgi filminin istehsalçısı olan "Animakkord" şirkətinin direktoru Dmitri Loveyko Azərbaycan nağılı əsasında çəkilmiş “Balaca cırtdan” (Малыш Джыртдан) bölümünün cizgi serialının Yutub kanalından silinməsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, o, News.ru portalına açıqlamasında filmin Yutub səhifəsindən qaldırılmasının səbəbinin titrlərdə olan yanlışlığın düzəldilməsilə bağlı olduğunu bildirib.

D.Loveyko deyib ki, yanlışlıq düzəldiləndən sonra sözügedən seriya yenidən Yutuba yüklənəcək.

Loveyko, eyni zamanda, Azərbaycan nağılları əsasında daha iki seriyanın hazırlandığını da qeyd edib. Onun sözlərinə görə, iş tamamlandıqdan sonra hər iki bölüm Yutub kanalına yerləşdiriləcək.

Qeyd edək ki, "Maşa və Ayı" cizgi filminin Azərbaycan nağılı əsasında hazırlanmış son bölümü Yutub səhifələrindən silinmişdi. Yerli media “Cırtdan” nağılı əsasında hazırlanan, milli mətbəx nümunələri dolma, şəkərbura və paxlavanın nümayiş olunduğu, məşhur “Cücələrim” mahnısının səsləndiyi seriyanın erməni diasporunun təzyiqi ilə silindiyi haqda məlumat yaymışdı.

Tarix
2021.09.03 / 22:38
Müəllif
Kult.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla