Yuxarı

“Şəklimi paylaşıb pis sözlər yazırlar”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şəklimi paylaşıb pis sözlər yazırlar”

Müğənni Ruhəngiz Allahverdiyeva yeni imicinə görə sosial şəbəkə istifadəçiləri tərəfindən qınaq obyektinə çevrilib. Xanım ifaçının imicindəki dəyişiklik pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb.

Axar.az əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə söhbəti təqdim edir:

Bunun üçün maddi vəsait lazımdır

– Ruhəngiz xanım, efirdə az görünməyinizin xüsusi bir səbəbi varmı?

– Yox, xüsusi bir səbəb yoxdur. Son günlər çalışıram ki, mənə gələn təklifləri dəyərləndirim, verilişlərdə qonaq qismində iştirak edim. Sadəcə, bir az evlə bağlı işlərim var, başım qarışıb. Bu səbəbdən nisbətən az görünürəm. Amma inşallah, bu yaxınlarda yenidən TV-lərdə tez-tez görünəcəyəm.

– Sizin "Məndən olmayacaq" klipinizi çoxları xatırlayır. Bu klip böyük maraqla qarşılanmış və çox sevilmişdi. Niyə yeni bir klip çəkdirmirsiniz?

– Klip çəkmək üçün yaxşı pul lazımdır. Klipi də çəkəndə elə çəkmək lazımdır ki, yaddaqalan olsun, düzdürmü? Bunun üçün isə xeyli maddi vəsait lazımdır. Buna görə hələ ki gözləyirəm.

Sonradan meydana gələn müğənnilərə...

– Yaxın gələcəklə bağlı hansı planlarınız var?

– Arzularım sonsuzdur, hamımızın arzuları var... Amma vaxt lazımdır, görək nə olur. Hələ ki planlar cızıram özüm üçün.

– Sizin adınız heç vaxt qalmaqalda, dava-dalaşda hallanmayıb...

– Mən daha çox sovet zamanı populyar idim. Sovet dövründə belə hallara rast gəlinmirdi. Mən öz fəaliyyətimi, əsas təməl addımlarımı o dövrdə atmışam. Demokratiya qurulandan sonra çoxsaylı müğənnilər peyda olmağa başladı. Amma mənim artıq o zamanım deyil. Sonradan meydana gələn müğənnilərə mənim yalnız gözəl ürək sözlərim, xoş arzularım ola bilər. Mən niyə onlarla vuruşmalıyam və ya yuxarıdan aşağı baxmalıyam? Mən o aurada böyüməmişəm. Mənim xəmirim o cür yoğrulmayıb.

Qoy onlar məni istəməsinlər

– Hər şeyi o qədər pozitiv qəbul edirsiniz ki...

– Hə, mənə həmişə deyirlər ki, pisə də yaxşı deyirsən, yaxşıya da yaxşı deyirsən. Mənim qəlbim heç nəyi pis görə bilmir, məni öldürün, neyləyim? Açın bu qəlbimi, yarın baxın. Mən buyam, hər şeyi gözəl görmək istəyirəm və görürəm. Heç nəyi pis görə bilmirəm.

– Bəs sizin haqqınızda mənfi yazılar yazan şəxslərə münasibətiniz necə olur?

– Ola bilər, mən üzümə qrim edə bilərəm. Tamam, üzüm kök görünə bilər, süni və ya tamam başqa kimi görünə bilərəm. Bunu yazmaq şərtdirmi? Bəzən şəkillərimi paylaşaraq mənfi rəylər yazırlar. Doğrudur, bilmədikləri şeyləri danışırlar. Amma mən istəmirəm ki, bu günə qədər damla-damla yığdığım hörməti kimə görəsə məhv edim, kiminsə üzünə qayıdım, onu acılayım. Mən bunu istəsəm də, bacarmaram. Mən insanları ancaq sevə bilərəm. Mən insanlardan sevgi, pozitiv enerji gözləyirəm. Demirəm ki, məndən yoxdur, mən bir dənəyəm. Bir gül ilə bahar olmur. Səbir etmək hər bir halda yaxşıdır. Mən istəmirəm insanlar mənə qarşı mənfi fikirdə olsun. Qoy onlar məni istəməsinlər, mən sevirəm hamısını. Mən sevgi üçün yaranmışam.

Tarix
2015.07.22 / 08:15
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla