Axar.az
Yuxarı

İlham Əliyevin 2025 hədəfi: O, nəyə çalışır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ölkə rəhbərinin yolun, müəssisənin, fabrikin, parkın, körpünün, transmilli layihənin və s. və i.a təməlini atması qayət normal bir işdir.

Ancaq bir ölkə rəhbərinin şəhərin təməlini atması nadir hadisədir, bəlkə də analoqu yoxdur.

Ötən gün İlham Əliyevin Füzuli şəhərinin bərpasının təməlini atması qəribə bir duyğu yaratdı.

***

Müasir dünyada konfliktli ərazilər çoxdur – Donbasdan tutmuş Abxaziya və Osetiyaya, Dnestryanıya qədər...

Bu problemləri ölkələrin özləri bəlkə də həll edə bilərlər, ancaq fövqəlgüclərin maraqları və nüfuz savaşları imkan vermir.

Son onilliklərdə bu tip problemlərlə üzləşən ölkələr içərisində ərazi bütövlüyünü hərbi və yaxud diplomatik yolla təmin edən ölkə olmayıb – yalnız Azərbaycandan başqa!

Bunu ilk dəfə olaraq İlham Əliyev bacardı – indi bütün dünya Azərbaycan liderinin təcrübəsini öyrənməyə çalışır. Axı, bu necə baş verdi? Rusiya necə razılaşdı? 40 ildir ABŞ-İsrailin öhdəsindən gələ bilmədiyi, ölkədən kənarda saxladığı qeyri-rəsmi hərbi qüvvələrlə ambisiyaları uğrunda açıq savaşlara girən İran sərhədləri yaxınlığında iradəsinə zidd prosesdən necə kənarlaşdırıldı?

Şuşanın alınması əməliyyatı, müharibədə tətbiq edilən hərbi taktika, o cümlədən “kukuruznuk”lərin düşmənin hava müdafiə sistemlərinin yerinin müəyyənləşdirilməsi üçün açıq hədəfə çevrilməsi, dronların ən geniş tətbiq edildiyi “21-ci əsr müharibəsi” və s. hərb tarixindəki ilklərdir.

İlham Əliyev tətbiq edib – dünya öyrənir...

Kiçik ölkənin milli maraqlarının qorunması üçün regional güclərlə “hansı dildə” danışıqlar aparmaq lazımdır ki, hər kəs mövqeyinə hörmət etsin; regional ölkələrin liderləri ilə necə bir şəxsi əlaqələr qurulmalıdır ki, səninlə hesablaşsınlar; necə münasibət yaratmaq lazımdır ki, dünyaya meydan oxuyan Putin müttəfiqi olan dövlətin liderini yerində oturtmaq üçün beynəlxalq tədbirdə istisna edib, sənə ikinci söz haqqı tanısın?

Beynəlxalq siyasi fikir mərkəzləri İlham Əliyevin bu fəaliyyətinin miqyasını öyrənir...

İlham Əliyev Qoşulmama Hərəkatına ölkəsini sədr etməyi bacarır, bu hərəkatın fəaliyyətini gücləndirir və BMT-də söz sahibi rolunda çıxış etməyə nail olur;

İlham Əliyev BMT TŞ-nin 5 üzvündən birini Azərbaycanın ən etibarlı dostuna çevirir və bu ölkə Bakının milli maraqları əleyhinə olan qərar layihəsini bloklayır;

İlham Əliyev erməni diasporu ilə mübarizənin yolunu tapır: dünyanın ən güclü diasporunu ən yaxın dostuna çevirir – yəhudi icmaları Azərbaycanın haqq səsinin ifadəçisi olur;

İlham Əliyev xarabazara çevrilmiş Qarabağın sıfırdan tikintisinə başlayır: bina, sosial obyekt, aeroport bir yana, Şəhərlərin Bünövrəsini atır...

İlk dəfədir ki, Azərbaycan özündən qat-qat güclü ölkəyə “ləyaqətimiz uğrunda ölməyə hazırıq” deyə açıq mesaj verir.

Dünyada nə qədər lider var ki, bu sözlərinin arxasında dursun?!

İlham Əliyevin etdikləri bitib-tükənməzdir – Azərbaycanı bu səviyyəyə çatdırmaq üçün iqtisadi, siyasi, ticari fəaliyyəti, hücum diplomatiyası, ordu quruculuğu...

Basqılar, təzyiqlər yenə var və həmişə olacaq! Ancaq İlham Əliyev dayanmır, durmur, daim mücadilədədir və bacarır!

...İlham Əliyevin 3 gün öncə ilk dəfə prezident seçilməsinin 18 ili tamam oldu.

İlham Əliyevin 18 ildə əldə etdiklərinin yekun nəticəsi Qarabağ deyil, Zəngəzurdur.

Qarabağ – 17 illik fəaliyyətinin nəticəsi idi. Bu hədəfə çatan anda isə bəlli oldu ki, İlham Əliyevin kimsənin ağlına gəlməyən fərqli strategiyası var.

Bu, Zəngəzura, Göyçəyə, İrəvana qayıtmaqdır...

Və biz bilmirik ki, bir gün bu hədəf, bu strategiya Cənubu göstərəcək, ya yox?!

Heç kəs bilmir. Bunu yalnız İlham Əliyev bilir, çünki o, nəyi nə vaxt və necə etmək lazım olduğunu bilir!

Ona görə İlham Əliyev dünyada öyrənilir, tədqiq edilir, araşdırılır.

18 ilin ağır, çətin günləri də çox olub – amma nəticəni görürsünüz.

Yenə çətinliklər olacaq. Ancaq nəticə də möhtəşəm olacaq!

Bir dövlətin varlığı buğunun yaşantıları ilə ölçülməz;

Bir ölkənin lideri bugünlə yaşamaz.

Bu gün Türkiyədə lirə tarixinin ən aşağı səviyyəsinə qədər ucuzlaşa bilər, ancaq Türkiyə heç vaxt bugünkü Ərdoğan Türkiyəsi qədər güclü olmayıb!

Bu gün Azərbaycanda da ciddi iqtisadi çətinliklər ola bilər.

Ancaq Azərbaycan heç vaxt bugünkü Əliyev Azərbaycanı qədər qüdrətli olmayıb!

Bu strateji, milli və sabaha istiqamətlənmiş Böyük Türkiyə, Böyük Azərbaycan uğrunda çalışan zəkaları qiymətləndirməmək mümkün deyil!

Bu zəkalardan biri İlham Əliyevdir.

Ərdoğan 2023 hədəfini elan edib – ona doğru sürətlə irəliləyir.

Əliyev 2025 hədəfini elan etməyib – ancaq ölkəni o hədəfə doğru aparır...

P.S. İlham Əliyevin Müstəqilliyin Bərpası Günü ilə bağlı Füzulidə səsləndirdiyi fikirləri bölüşmürəm. Çünki Müstəqilliyin Bərpasının 30-cu ildönümündə bu ölkədə təbrik və təşəkkür ediləsi ilk adam İlham Əliyev özüdür!

Müstəqilliyimiz əbədi, İlham Əliyevin idealları real olsun!

Tarix
2021.10.18 / 21:49
Müəllif
Anar
Oxunub
15 473
Şərhlər
Digər xəbərlər

Paşayeva sənət adamları ilə görüşdü

Xalq şairi "diş qıcayanlara" cavab verdi

Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü

Deputat əməkdar artisti və AzTV-ni tənqid etdi - Video

Məşhur diktor koronadan vəfat etdi

Tanınmış bəstəkar şəxsi əşyalarını muzeyə verdi

II Sultan Səlimə aid Quran tapıldı – Foto

Eynşteynin əlyazması rekord qiymətə satıldı

Fransada erməni vandalizmini əks etdirən sərgi açıldı

Dünya Ərdoğanın zəif yerini tapdı - Video

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla